Mobil versiya
Bakı-2015: Kim neçə medal qazanıb?
Tarix: 20-06-2015 | Saat: 11:49
Bölmə:Gündəm / Manşet | çapa göndər

Bakı-2015: Kim neçə medal qazanıb?
Bakı-2015 I Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşib

Bu gün hesabına 1 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 30-a çatıb.

İlk 8 gündən sonra Azərbaycan 13 qızıl, 5 gümüş, 12 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

Bu siyahının lideri Rusiyadı. Bu gün 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 49 mükafat olan rusiyalıların medallarından 27-si qızıl, 12-si gümüş, 10-u bürüncdü. Hesabında 7 qızıl, 2 gümüş və 5 bürünc olan Macarıstan millisi 14 medalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Bakı-2015-in ilk 8 günündə ümumilikdə 326 - 98 qızıl, 98 gümüş, 130 bürünc medalın sahibi müəyyənləşib. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 21-i çempionluq sevinci yaşayıb. (apasport.az)






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024