Mobil versiya
Qriqoriu: “Azərbaycanın buna haqqı var“
Tarix: 03-05-2016 | Saat: 08:47
Bölmə:Karusel | çapa göndər

Qriqoriu: “Azərbaycanın buna haqqı var“






"Cəbhə bölgəsinə səfər təəssüratları çox ağırdır, çünki erməni atəşi nəticəsində Azərbaycanın dinc əhalisinə dəymiş ziyanı gördük. Ziyan təkcə maddi deyil, həm də fizikidir"

Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O, qeyd edib ki, bəzi insanlar xəsarətlərlə, kontuziyalarla xəstəxanaya düşüblər: "Əlbəttə ki, bu, çox ağır təsir bağışlayır. İnsanlar rahat yaşaya bilmirlər. Aydındır ki, bütün bunlar əhalini qorxutmaq, insanları doğma yerlərini tərk etməyə məcbur etmək üçün edilir. Lakin əhali çox qətiyyətlidir, heç kim getməyə hazırlaşmır".

A.Qriqoriu əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən təcavüzkara münasibətdə konkret tədbirlərin görülməsini daha təkidlə tələb etməlidir: "Bu tədbirlər beynəlxalq hüquqla nəzərdə tutulub, lakin onlardan istifadə olunmur. Bu, təcavüzkar ölkənin rəhbərliyinə qarşı boykot, iqtisadi, siyasi təsirlər və blokada ola bilər. Bütün bu üsullar indiyədək istifadə edilməyib. Bu tədbirlər Avropa strukturları və institutları, BMT, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul oluna bilər. Bu günə qədər beynəlxalq ictimaiyyət Ermənistana qarşı tədbirlər görməyib".

Onun sözlərinə görə, status-kvo Azərbaycana deyil, yalnız Ermənistana sərf edir, çünki status-kvo sülhü təmin etmir: "Azərbaycan məsələni dəqiq qoymalıdır: ya münaqişə dünya ictimaiyyətinin köməkliyi ilə sülh yolu ilə həll edilir, ya da Azərbaycanın özü bu məsələni həll edir və münaqişəni həll etmək yolunu özü seçir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024