Mobil versiya
16 partlayış yeri yoxlanılıb
Tarix: 02-05-2016 | Saat: 20:32
Bölmə:Gündəm | çapa göndər

16 partlayış yeri yoxlanılıb







ANAMA Tərtər, Füzuli və Ucar rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında bü gün üçün hesabat yayıb.

Aia.az xəbər verir ki, 2 May 2016-cı il tarixində Agentlik tərəfindən 9 ev, 6 əkin sahəsi və 1 kənd qəbiristanlığı də daxil olmaqla 16 partlayış yeri yoxlanılıb, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb, 21 220 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 2 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 400 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş və 1 303 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Tərtər rayonu

Qarağacı kəndi – 1 ev və həyətyanı sahə və 1 kənd qəbirstanlığında 2 partlayış yerinə baxış keçirilmiş, 11 100 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 3 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 5 partlayış yerinə baxış keçirilmiş, 990 kv. m ərazi təmizlənib.

Cəmi: 5 ev və həyətyanı sahə, 1 kənd qəbrstanlığının həyətinə, 3 əkin sahəsinə baxış keçirilmişdir. Nəticədə 9 partlayış yeri aşkar edilmiş, 15 090 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülmüşdür. Nəticə etibarı ilə 430 kv. m. ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri, 430 kv. m ərazi yoxlanılmış və 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 5 700 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Cəmi: 3 ev və həyətyanı sahə, 4 partlayış yeri aşkar edilmiş, 5 700 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməyib.

Ucar rayonu

Ucar rayonu, Oğuz küçəsi 79 ünvanında – 1 ev və həyətyanı sahəyə baxış keçirilib,

3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülmüşdür.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024