Mobil versiya
Müdafiə nazirinin tapşırıqları hərbi həkimlərə çatdırılıb
Tarix: 02-05-2016 | Saat: 19:43
Bölmə:Karusel | çapa göndər

Müdafiə nazirinin tapşırıqları hərbi həkimlərə çatdırılıb





Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müharibə şəraitində yaşadığımız zamanda hərbi həkim kadrlarının hazırlanmasının vacibliyini vurğulayan Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev qarşıda duran vəzifələrdən danışıb və şəxsi heyətin diqqətinə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırıqlarını çatdırıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də öz növbəsində fakültənin maddi-texniki bazasından və tədris otaqlarında yaradılan şəraitdən razılığını bildirib. Müəllim və kursant heyəti ilə görüşdən məmnunluğunu ifadə edən rektor pedaqoji kollektivin bundan sonra da həm xidmətdə, həm də kadrların hazırlanmasında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Fəxrəddin Ağayev isə vurğulayıb ki, fakültənin müəllim və mütəxəssisləri bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək hərbi səhiyyəmiz üçün yüksək səviyyəli kadrlar hazırlayacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024