Mobil versiya
Tovuzda məktəb binası yanır
Tarix: 02-05-2016 | Saat: 19:15
Bölmə:Karusel | çapa göndər

Tovuzda məktəb binası yanır





Tovuz rayonunda Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib.

AIA.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Alov yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

* * *17:50

Tovuz rayonunda orta məktəb binasında yanğın başlayıb.

Yanğın Yeni Alakol kənd orta məktəbində qeydə alınıb. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi davam etdirilir.

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir.

Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyə olunublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024