Mobil versiya
Bakıda polis bölməsi rəisini bıçaqlayanlara hökm oxundu
Tarix: 02-05-2016 | Saat: 19:10
Bölmə:Aia TV | çapa göndər

Bakıda polis bölməsi rəisini bıçaqlayanlara hökm oxundu





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Rayon Polis İdarəsi 5-ci bölməsinin rəisi Anar Şıxəliyevə qarşı cinayət törədən şəxslər Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Nifətliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, polis rəisi Anar Şıxaliyev məhkəmə istintaqı dövründə verdiyi ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxsləri tanımır: “Dostum Ələddinin “Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova heykəli olan tərəfə gedirdim. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar, bir nəfər məni bıçaqla 3 dəfə vurdu. Sonra hadisə yerindən qaçdılar”. O, heç bir şikayətinin olmadığını deyib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024