Mobil versiya
Bakıda maşın qaçırmış şəxslər Kürdəmirdə yaxalandı
Tarix: 02-05-2016 | Saat: 15:59
Bölmə:Cəmiyyət | çapa göndər



DİN məlumat yaydı.

Bakıda avtomobil qaçırmış şəxslər yol polisi tərəfindən yaxalanıb.

Aia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-də Kürdəmir rayonu ərazisində “VAZ-2107” markalı avtomobil şübhə doğurduğundan Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılmış avtomobilin dövlət qeydiyyat nişanlarının avtomobilin yük yerində olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Qobustan rayon sakini M.Eyyubova məxsus “Opel” markalı avtomobilə aid olması, həmçinin avtomobili idarə edən Bakı şəhər sakini Rövşən Mazanov və sərnişini Tovuz rayon sakini Vüqar Məmmədovun avtomobili paytaxtın Yasamal rayonu ərazisindən qaçırmaları, dövlət qeydiyyat nişanlarını isə Yeni Yasamal-1 yaşayış sahəsində “Opel” markalı avtomobildən oğurlamaları müəyyən edilib.

R.Mazanov və V.Məmədov avtomobillə birlikdə Yasamal RPİ 29-cu PB-yə təhvil veriliblər.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024