Mobil versiya
WhatsApp-dan daha bir YENİLİK
Tarix: 02-05-2016 | Saat: 14:09
Bölmə:Media | çapa göndər

WhatsApp-dan daha bir YENİLİK


Tezliklə populyar WhatsApp messencerinin "Windows" və "Mac OS X" əməliyyat sistemi bazasında fəaliyyət göstərən cihazlarda olacağı gözlənilir.

Aia.az lent.az-a istinadən bildirir ki, bu barədə messencerin yeni versiyalarının beta-sınaqlarında iştirak edən tərtibatçı məlumat verib.

Əlavənin tərtibatçısının müəllifi olan "WABetaInfo" nikli şəxsin sözlərinə görə, WhatsApp messencerinin "Windows" və "Mac OS X" üçün versiyaları hələlik sınaqdan keçirilir. Burada söhbət əlavənin tam funksiyalı versiyasından gedir ki, bu messencerin köməyi ilə şəkil və video materiallar göndərmək, həmçinin əlavənin malik olduğu digər interfeys və funksiyaların imkanlarından istifadə etmək mümkün olacaq.

"WhatsApp"ın "Mac OS X" və "Windows" üçün çıxacağı versiyanın dəqiq vaxtı hələlik məlum deyil. Ancaq məlumdur ki, bu əlavə yaxın zamanlarda istifadəyə veriləcək.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə