Toylarında oxuyacaq müğənnilərin adları bəlli oldu
Tarix: 1-05-2016, 22:21 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Toylarında oxuyacaq müğənnilərin adları bəlli oldu


Xəbər verdiyimiz kimi, 1,5 ildir birlikdə olan türkiyəli məşhurlar Sinem Koballa Kənan İmirzalıoğlunun mayın 14-də Cunda adasında toyu olacaq. 300 qonağın dəvət olunduğu mərasimdə Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək, 12 may tarixində adaya gedəcək. İmirzalıoğlu və yaxın dostları isə mayın 13-də Kobala qatılacaq.
Cütlük qonaqları üçün üç otel bağlatdırıb. Qonaqlar Ayvalıkdan Cundaya xüsusi bəzənmiş gəmilərlə gələcək. Bəy toy üçün 800 min türk lirəsi xərcləyib.
bütün bu xərclərdən əlavə yeni xərc də ortaya çıxıb. Belə ki, Sinem Kobal salonda bəzənməkdən narahat olacağı üçün İstanbuldakı saç ustası ilə razılığa gələrək onu 15 nəfərlik işçisi ilə Cundaya dəvət edib. Bu razılaşma isə nə az, nə çox 10 min dollara baha-başa gəlib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uzun müddətdir gözlənilən toyda müğənnilərdən kimin səhnəyə çıxacağı müzakirə olunurdu. Artıq həmin şəxslər də məlum olub. Belə ki, bəy tərəfi ankaralı, gəlin tərəfi isə qaradənizli olduğu üçün toyda oxuyacaq müğənnilər də hər iki tərəfin istəyinə uyğun olaraq seçilib.

Qonaqlar toyda Qaradənizin Tarkanı olaraq bilinən Selçuk Balcı və Anadolu türklərinin sevilən sənətçisi İsmayıl Altunsarayın mahnılarını dinləyəcək.

aia.az




5541 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}