Mobil versiya
Düşmənin yeni müharibə planı
Tarix: 29-04-2016 | Saat: 20:56
Bölmə:Manşet | çapa göndər

Düşmənin yeni müharibə planı





"Bundan sonra Ermənistan əsl müharibə zamanında yaşayacaq. Daha bir yenilik var: bundan belə 18 yaşına çatmış bütün gənc oğlanlar ordu sıralarında xidmət edəcəklər".

Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda jurnalistlərin suallarını cavablandırarkən belə deyib.



"Cəmiyyətimiz düşünməli, təhlillər aparmalı, kimin indi ali təhil ala biləcəyini, namizədlik dissertasiyasını müdafiə edəcəyini və hərbi xidmətdən akademik möhlət ala biləcəyini müəyyənləşdirməlidir", - S.Ohanyan deyib.
Ermənistan İrs Partiyasından olan deputat Ruben Hakobyan isə bu gün bəyan edib ki, ölkənin silahlı qüvvələrinə hərbi çağırışla bağlı məsələləri konkret həll etməyin vaxtı çatıb.
Ötən il həmkarı Tevan Poqosyanla birlikdə hərbi xidmətə çağırışla bağlı qanun layihəsini hazırladığını deyən R.Hakobyanın sözlərinə görə, Ermənistanda 18 yaşına çatmış hər gənc mütləq şəkildə ordu sıralarında xidmət etməlidir.
"Amma hakimiyyət bu qanun layihəsinə qarşı çıxdı, qəbul etmədi. Baxın, Ermənistanda aspiranturanı başa vurmuş gənclərin yalnız 10 faizi elmlə məşğul olur. Yerdə qalanları orduya çağırsaq, elmimiz ziyan görməz. Elm o zaman zərər görər ki, elmlə məşğul olmayan adamlar orada çox olsun, istedadlı insanlara mane olsunlar".


Ermənistan hökumətinin aparatının rəhbəri David Harutyunyan çağırışla bağlı təşəbbüsü dəstəkləyib. "Biz o vaxt qanun layihəsini rədd etməmişdik - sadəcə, layihə ilə bağlı konsensusa ehtiyac duyulduğunu demişdim. Müəyyən elmi potensial var, xüsusilə də dəqiq elmlər sahəsində məşğul olanlara diqqətlə yanaşmalıyıq. Yaxın vaxtlarda müvafiq qərar qəbul etməliyik. İndi xaricə təhsil almağa gedən gənclərimizin yarısı geri qayıtmır. Onların belə məsuliyyətsiz davranışlarının qarşısını almaq üçün də zəruri mexanizmlər yoxdur".
Onun sözlərinə görə, 18 yaşına çatmış gənclərin Ermənistan Silahlı Qüvvələrinə məcburi çağırışı ilə bağlı qanun layihəsi artıq hazırdır.
Layihənin yaxın vaxtlarda qəbul ediləcəyi iddia edilir.



Bununla yanaşı, Ermənistanda "böyük səfərbərlik" adlanan proses başlanıb. 18-35 yaş arasında olan erməni hərbi mükəlləfiyyətçilərin siyahısı tutulur, onların "zərurət yarandığı anda" ordu sıralarına çağırılması üçün mexanizmlər hazırlanır.

Erməni hərbi ekspertlər də ölkədə səfərbərlik prosesinin başlandığını vurğulayırlar. Bunun başlıca səbəbi Ermənistan Silahlı Qüvvələrində kadr qıtlığı, daha doğrusu, sıravi heyətdə say çatışmazlığıdır.
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də "dördgünlük müharibə" başlayanda Ermənistan rəhbərliyi mövqelərə yollamağa hərbçi tapmağa çətinlik çəkirdi.
Ermənistan Könüllülər İttifaqının ("Yerkrapa") guya "könüllü vuruşmaq istəyən şəxslər"dən ibarət dəstələri Dağlıq Qarabağa yollaması da əslində fiksiya idi: həmin "könüllülər" səfərbərlik qaydalarına uyğun olaraq ordu sıralarına çağırılmış hərbi mükəlləfiyyətlilərdi.
Səfərbərliklə yanaşı, Ermənistan Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə uzaqmənzilli reaktiv artilleriya sistemləri ilə raketlər yerləşdirməyə başlayıb.



Ermənistandan Dağlıq Qarabağa Çin istehsalı olan WM-80 və AR1A reaktiv artilleriya sistemləri, "Toçka-U" raketləri yollayır.
AR1A reaktiv yaylım atəşi sistemi Çinin "Norinco" korporasiyasının istehsalıdır və 130 km uzaqlıqdakı hədəfələri vura bilir.
Ermənistan Müdafiə Nazirliyinin əmri ilə bu sitsemlər qəlpə-fuqas tipli BRE2 raketləri ilə yanaşı, BRC3 və BRC4 tipli kasset raketləri ilə təchiz olunublar. Həmin kaset raketlərdən son günlərdə Azərbaycan kəndlərinin və yaşayış məntəqələrinin vurulması üçün istifadə olunur.



Dağlıq Qarabağda yerləşdirilən reaktiv yaylım atəş sistemləri və raket-atış qurğuları Ermənistanın Çambarak rayonundakı 549-cu alayından, Yexeqnadzordakı 4-cü artilleriya korpusundan və Nubaraşendəki 5-ci artilleriya korpusundan daşınır.
Bütün bunlara baxmayaraq, erməni hərbi ekspertlərin fikrincə, Ermənistan ordusunun Dağlıq Qarabağdakı ekspediya korpusunda ruh düşkünlüyü hökm sürür. Hərbi-texniki və təminat baxımından Azərbaycan ordusundan dəfələrlə geri qalan ermənilərin üzləşdikləri digər problem mövqelərdəki erməni əsgərlərin hər vəchlə xidmətdən yayınmağa çalışmalarıdır.
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024