Mobil versiya
Azərbaycanlı “kralın” evində axtarışlar gedir
Tarix: 28-04-2016 | Saat: 20:45
Bölmə:Manşet | çapa göndər

Azərbaycanlı “kralın” evində  axtarışlar gedir





Bu gün səhər saatlarından etibarən Rusiya İstintaq Komitəsinin müstəntiqləri Moskvanın daşınmaz əmlak krallarından biri, Azərbaycandan olan dağ yəhudisi Solomon Manaşirovun evində və ofisində axtarış gedir.

AIA.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, biznesmenə qarşı cinayət işi qaldırılıb, onu vergidən yayınmaqda ittiham edirlər.

Solomon Manaşirov ötən ilin sonlarında həbs olunan digər yəhudi əsilli azərbaycanlı biznesmen Roman Manaşirovun qardaşıdır. Roman Manaşirov hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarını rüşvətlə ələ almaq ittihamı ilə həbs olunub. O, vyetnamlıları qul kimi istismar etdiyinə görə həbs edilən Januko Rafailovu həbsdən çıxarmaq üçün rüşvət verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, Solomon Manaşirov 100 milyon rubl məbləğində vergidən yayınıb. Söhbət biznesmenin sahibi olduğu “Armada” ticarət mərkəzinin və digər kommersiya obyektlərinin icarəsindən əldə edilən gəlirlərin vergidən gizlədilməsindən gedir.

Roman və Solomon Manaşirov qardaşları Moskvada çoxsaylı iri ticarət mərkəzlərinin və kommersiya təyinatlı digər daşınmaz əmlakın sahibləridir. “Forbers” jurnalının rus versiyası onların adlarını “daşınmaz əmlak kralları” siyahısına daxil edib. Manaşirov qardaşlarının obyektləri arasında “Prajsk” pasajı, “Armada”, “Qrand şiti” və digər ticarət mərkəzləri yer alır. “Forbes” jurnalının hesablamalarına görə onlar bir ildə daşınmaz əmlakın icarəsindən 90 milyon dollar gəlir əldə ediblər. Manaşirov qardaşları əslən Qubadakı Qırmızı qəsəbəndir.

Bildirilir ki, səhər tezdən Manaşirovun Rublyovka şossesindəki evində və şirkətinin ofisində axtarışlar aparılır. Onun barəsində həbs qətimkan tədbiri seçildiyi haqda məlumat var, lakin Manaşirov ölkədə yoxdur. Məlumatlara görə o, hazırda İsrail ərazisindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024