Mobil versiya
Ermənilərin yaraladığı iki mülki şəxsin vəziyyəti pisləşib
Tarix: 28-04-2016, 17:58 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Ermənilərin yaraladığı iki mülki şəxsin vəziyyəti pisləşib







Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır yaralandığı üçün əməliyyat olunan iki mülkü şəxsin vəziyyəti pisləşib.



Aia.Az bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında əməliyyat edilsə də, bir neçə saatdan sonra komaya düşüb. Hazırda Ə.Hüseynov hospitalın reanimasiya şöbəsində saxlanılır.

Digər yaralı, Əfətli kənd sakini, Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan Məmmədov Elnur Polu oğlunun vəziyyəti də ağırlaşıb: "Səhər əməliyyatdan sonra Elnurun vəziyyəti qismən normal idi. Artıq bir saatdır ki, onun da vəziyyəti pisləşib. Həkimlər yaralının həyatını qurtarmaq üçün səy göstərir".

R.Məmmədov deyib ki, hadisə nəticəsində xəsarət alan digər 6 kənd sakininin vəziyyəti isə orta-ağır qiymətləndirilsə də, həkimlər onların həyati təhlükəsi olmadığını bildirirlər.

Xatırladaq ki, ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub.

Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Hüseynov Əli Müseyib oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Aia.Az



5509 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031