Mobil versiya
Cəbhədə yenə atəşkəs pozuldu
Tarix: 28-04-2016 | Saat: 16:30
Bölmə:Karusel | çapa göndər



Ermənistan silahlı birləşmələri yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir Aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iri çaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar. Aia.az yerli icra hakimiyyəti orqanlarına istinadla xəbər verir ki, aprelin 27-də saat 23.00-dan aprelin 28-də saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdən iri çaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib. Ağdam rayonunun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub, 4 mülki şəxs ağır, 4-ü isə yüngül yaralanıb. Rayonun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Atəşlər nəticəsində bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yarasız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub. Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib. Aprelin 2-dən başlayaraq, Ermənistan silahlı birləşmələrinin iri çaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs öldürülüb, 34 nəfər isə xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. O cümlədən 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb. Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla, ümumilikdə 457 tikiliyə ziyan dəyib ki, onlardan da 412-si evdir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazində yerləşir. Həmçinin 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Həmçinin atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb. Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan vurulub. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub. Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024