Mobil versiya
Amerikanın "1-ci xanımı" kim olacaq? – SİYAHI
Tarix: 28-04-2016 | Saat: 14:18
Bölmə:Şou-biznes | çapa göndər



ABŞ-da prezident kürsüsü uğrunda qızğın mübarizə gedir. Amerikalılar artıq noyabr ayında baş tutacaq prezident seçkilərinə hazırlaşmağa başlayıb. Siyasi şərhçilər də öz növbəsində indidən kimin prezident seçilməsi ilə bağlı proqnozlarını veriblər. Lakin hər kəsin səbirsizliklə gözlədiyi daha bir məqam var: "Birinci xanım (mister) kim olacaq?” Mişel Obama bu illər ərzində dünyaya dəbdəbəli geyimlər, güclü xarakter və yumor hissi nümayiş etdirib. İndi isə onun yerini kimin əvəz edəcəyi sual doğurur. Elə isə Mişel Obmanın potensial varisləri ilə yaxından tanış oluruq.

"Kokteyl” layihəsinin bu sayında birinci xanım postuna namizəd olanların siyahısını hazırlamışıq.

Melanya Tramp - 45 yaş

ABŞ-da prezident kürsüsü uğrunda mübarizə aparan ekssentrik milyarder Donald Tramp üçüncü həyat yoldaşını ehtiras dolu məhəbbətlə sevir. Qərb mətbuatının yazdığına görə, belə məsul vəzifəyə namizədliyini irəli sürmək üçün milyarderi məhz həyat yoldaşı dilə tutub, indi isə ərini bütün məsələlərdə dəstəkləyir.

Melanya Tramp əslən sloveniyalıdır. Gəncliyində memarlıq və dizayn üzrə təhsil alıb, eləcə də Nyu-Yorkda, Parisdə və Milanda model kimi fəaliyyət göstərib. Melanya milyarder həyat yoldaşı ilə 1999-ci ildə moda həftəsi çərçivəsində keçirilmiş əyləncə gecələrindən birində tanış olub. Sözsüz ki, pul olan yerdə gözəlçəni aralarındakı 24 yaş fərqi qətiyyən qorxutmur və o, xarizmatik iş adamını ovsunlaya bilir. 2005-ci ildə cütlük özünə təmtəraqlı toy çaldırır. Gəlinin "Dior”-dan olan paltarı təxminən 200 min dollar bahasına başa gəlir. Bir il sonra modelin birinci, Trapmın isə 5-ci övladı doğulur.

Melanya milyarder xanımı olandan sonra modellik karyerası ilə birdəfəlik vidalaşır, daha əvvəlki kimi jurnallara çılpaq pozalar vermir. O, saat və zinət əşyalarının dizaynı məşğul olmağa qərar verir. Melanya həmçinin xeyriyyəçiliklə də aktiv məşğul olur, uşaqlara, imkansız və xəstə insanlara kömək edir, hətta Amerikanın Qırmızı Xaç təşkilatı Melanyanı fəxri səfir tutulu ilə təltif edilir. Bu baxımdan bir çoxları hesab edir ki, Melanya birinci xanımı rolunun öhdəsindən əla gələcək. Birincisi, o, gözəldir, ikincisi, ağıllıdır, üçüncüsü isə onun yaxşı zövq duyumu var.

Haydu Kruz - 43 yaş

Namizədlər arasında ikinci yerdə Texas senatoru Ted Kruz gəlir. Belə deyirlər ki, Ted Kruzun həyat yoldaşı Haydi Kruz da prezidentliyə namizədliyini irəli sürə bilərdi. Çünki bu ağıllı və xarizmatik qadın ərindən heç nədə geri qalmır. Cazibədar sarışın həm özünə uğurlu karyera qurub, həm də ərinə kömək edib.

Xanım Kruzun valideynləri Afrikada missionerliklə məşğul olduğu üçün o, qardaşı ilə daha çox vaxt keçirməli olurdu. Haydi Kruz iqtisadiyyatı və beynəlxalq münasibətlər fakültəsində təhsil almaqla yanaşı, tələbəlik illərində siyasətlə də yaxından maraqlanırdı.

Ambisiyalı Haydi daha sonra ABŞ-ın Harvard Universitetində MBA dərəcəsi alır. 2000-ci ildə isə oğul Corc Buşun seçkiqabağı kampaniyası ona tapşırılır. Burada o, həm utancaq Tedlə tanış olmaq imkanı qazanır. Ted Haydi ilə tanışlıqdan iki gün sonra enerjili və cazibədar həmkarını görüşə dəvət edir. Cütlük arasındakı qığılcım sürətlə inkişaf edir və bir il sonra sevgi romanı toyla nəticələnir. Haydi ailə sahibi olsa da, qarşısına qoyduğu məqsədlərdən imtina etmək niyyətində deyildi. Tezliklə o, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının direktoru olur və o vaxtkı dövlət katibi Kondoliza Raysın rəhbərliyi altında çalışır.

Haydi öz işini sevirdi, amma ərinə görə Vaşinqtonu və siyasəti tərk etməli olur. Məsələ ondadır ki, Ted Texasda nüfuzlu vəzifəyə təyin olunmuşdu. Lakin Kruz bir göz qırpımında özünə yeni iş tapır. O, "Goldman Sachs” investisiya şirkətində sıravi meneceri kimi işə düzəlir, bir neçə il sonra rəhbər vəzifəsinə təyin olunur. Yeri gəlmişkən Tedin seçki kampaniyası ilə Kruz məşğul olur. O, sponsorların şəxsən zəng edir, əri üçün pul toplayır və faktiki olaraq hər bir işi özü idarə edir. Belə görünür ki, Kruz Ağ evə bu dəfə birinci xanım qayıtmaq niyyətindədir.

Karen Keysik 52 yaş

Karen Keysik özünü siyasətçinin qeyri-standart həyat yoldaşı adlandırır. O, seçicilərlə daimi görüşlərdən bezdiyini, eləcə də sponsorların əllərini sıxmağı sevmədiyini gizlətmir və etiraf edir ki, siyasi xadimlərin uzun-uzadı nitqlərindən tez yorulur. Bununla bərabər, sevimli həyat yoldaşı - ABŞ prezidentliyinə namizəd respublikaçı Con Keysik üçün hər şeyə getməyə hazırdır. Təəccüblü deyil ki, nikahdan 18 il ötsə də, Con hələ də həyat yoldaşına ilk gündəki kimi heyran olduğunu deyir və bu məsələdə bəxti gətirdiyinə inana bilmir. Məsələn, ərinin xatirinə o, böyük şirkətin vitse-prezidenti postundan çıxaraq ictimaiyyətlə əlaqələr sahəsində qazandığı uğurlu karyeradan imtina edir. Evdar qadın olan Karen əkiz qızlarının təlim-tərbiyəsi ilə məşğul olur. Lakin Con Ohayo Ştatında qubernator postuna keçəndə Karen ştatın birinci xanımı roluna çox tez alışır, sosial və xeyriyyə proqram layihələri həyata keçirir, ən əhəmiyyətlisi yerli sakinlərin sevimlisinə çevrilir.

Karen də Mişel Obama kimi sağlam həyat tərzini təbliğ edir. Bir neçə yaxın qohumu ürək xəstəlikləri səbəbindən dünyasını dəyişdiyi üçün Karen mütəmadi olaraq fitneslə məşğul olur. Fitnesə olan ehtirasından dolayı Karen bütün tanışlarını da idmana həvəsləndirir. Bəlkə də idmanın vacibliyini tezliklə daha böyük miqyasda yaymaq imkanı qazanacaq.

Ceyn Sanders 65 yaş

Berni Sandersi tez-tez həyat yoldaşının sağ əli adlandırırlar. Enerjili və iddialı Ceyn artıq neçə illərdir ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən Berni Sandresin siyasi məsləhətçisidir. Berni xanımının bütün məsləhətlərinə qulaq asır, çünki onun inzibati işlərdə böyük təcrübəsi olduğuna əmindir. O, kollecə rəhbərlik edib, hətta yetkinlik yaşına çatmayanların işləri üzrə polis şöbəsində işləyib. Bu müddət ərzində Ceyn dörd uşaq yetişdirib. Yeri gəlmişkən onu da bildirək ki, Berinin əvvəlki münasibətlərindən bir oğlu var, digər 3 uşağı isə Ceynin birinci nikahdandır.

Birinci xanımı mövqeyi missis Sandersi elə də çox cəlb etmir. Kasıb ailədə anadan Ceyn elit cəmiyyətin ciddi geyim qaydalarına heç cürə öyrəşə bilmir. Bu baxımdan ondan Mişel Obma kimi təmtəraqlı dəstlər gözləmək lazım deyil. Hər halda yeddi nəvəsi və övladları sayəsində ictimaiyyətin diqqətini çəkməyə nail olacaq.

Bil Klinton 69 yaş

Sabiq prezident, xarizmatik natiq, zarafatcıl Bill Klinton amerikalıların ideal "birinci xanımı" ola bilər. Klintonun ikinci prezidentlik müddəti başa çatandan sonra o, ictimai və xeyriyyəçilik işləri ilə məşğuldur, amma siyasət haqqında unutmayıb. Bill Klinton Barak Obamanın təbliğat kampaniyasında fəal iştirak edib, onu dəstəkləyib. Hazırda isə Demokratlar partiyasından prezidentliyə namizədliyini irəli sürən həyat yoldaşının birinci müşaviridir.

Deyirlər ki, Ağ evə bu dəfə tamam başqa rol obrazında qayıtmaq Billi qətiyyən narahat eləmir. İctimaiyyətin əksəriyyəti də bunun əleyhinə deyil, Billin qalmaqallı keçmişə baxmayaraq, amerikalılar onu hələ də sevir və hörmət edirlər. Öz uğur və populyarlığına görə Bill qismən xanımı Hilariya minnətdardır. Şübhəsiz ki, Bill Klintonun "birinci xanım" postunda ilk kişi kimi tarixə düşməsi üçün bütün şansları var.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə