Mobil versiya
Cəbhədə vəziyyət necədir?
Tarix: 27-04-2016 | Saat: 22:55
Bölmə:Manşet | çapa göndər

Cəbhədə vəziyyət necədir?





Ötən gecə də erməni silahlı birləşmələri iri çaplı silahlardan və artilleriyadan istifadə etməklə təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutublar.

AIA.az xezerxeber.com-a istinadən bildirir ki, nəticədə Tərtərdə 6 yaşayış məntəqəsində xeyli evə ziyan dəyib.

Cəbhədə gərginlik davam edir. Ötən gecə Ermənilər Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini ağır artilleriya mərmirlərindən atəşə tutub. Ermənilər gecə saat 01 radələrindən başlayaraq 4 saata yaxın Tərtərin Qapanlı və Şıxarx istiqamətində yaşayış məntəqələrini şiddətli atəşə tutub, nəticədə Tərtər şəhərində 4, Qazyanda 6, Qapanlıda 2, Həsənqayada 5, Qarağacıda 2, Qaynaqda 2 ev olmaqla, 6 yaşayış məntəqəsində 21 evə qismən ziyan dəyib, Həsənqaya kəndində 1 ev tamamilə dağıdılıb.

Gecə saatlarında Tərtərin Yuxarı Qapanlı istiqamətində düşmənin atəşi nəticəsində Yuxarı Qapanlı kəndində 1 ev ciddi zədələnib, Əskipara kəndində 3, Seydimli kəndində 1 evə ziyan dəyib.

Evləri dağılan sakinlər qohumları gildə gecələməli olublar. Mərmilər həyətlərdə də çalalar əmələ gətirib. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 110 kilovoltluq İsmayılbəyli, 110 kilovoltluq Goranboy-Naftalan-Tərtər, 35 kilovoltluq Tərtər-Şıxarx yüksək gərginlikli elektrik xətlərinə, Seydimlidə 160 kilovoltluq transformator yarımstansiyasına ciddi ziyan dəyib. Nəticədə 11 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.

Aprelin 2-dən başlayaraq Ümumilikdə, Tərtər rayonunda 3, Ağdamda 1 mülki şəxs öldürülüb, 26 nəfər isə xəsarət alıb. Ağdamda 98, Tərtərdə 198, Goranboyda 85 olmaqla, cəmi 381 tikiliyə ziyan dəyib ki, onlardan da 341-i evdir. 300 zədəli evdən 26-na ciddi ziyan dəyib, 15-i isə tamamilə dağıdılıb. O cümlədən atəşkəsdən sonra 27 evə ziyan vurulub. Onlardan 1-i tamamilə dağıdılıb, 1-i ciddi şəkildə zədələnib, 25-nə isə ziyan dəyib.Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 14 qeyri-yaşayış obyektinə, həmçinin 26 yardımçı tikiliyə ciddi ziyan vurulub. Həmçinin əhaliyə məxsus 290 baş mal-qara tələf olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024