Mobil versiya
Prezident İlham Əliyev bir sıra hakimlərin vəzifələrini dəyişdirdi
Tarix: 27-04-2016 | Saat: 21:43
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev bir sıra hakimlərin vəzifələrini dəyişdirdi







Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

AIA.Az Trend-ə istinadən bildirir ki, sərəncama uyğun olaraq, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

- Etibar Zülfüqar oğlu Hümbətov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Zamiq Akif oğlu Rəsulov Cəbrayıl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Ələkbər Məmmədtağı oğlu Hüseynov Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

Həmçinin "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

- Rafiq Vəli oğlu Kazımov Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Təranə Talış qızı Hüseynova Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Cəbrayıl Rayon Məhkəməsinin hakimi təyin edilsin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024