Mobil versiya
"Rossiya-24": Sivilizasiyalar Alyansı indi həmişəkindən daha aktualdır
Tarix: 27-04-2016, 20:57 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

"Rossiya-24": Sivilizasiyalar Alyansı indi həmişəkindən daha aktualdır





"Rossiya-24" telekanalında Bakıda keçirilən "BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu" barədə reportaj verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Vesti" proqramının müxbiri Andrey Şlyapnikovun reportajında deyilir: "Görüşdə üç mindən çox nümayəndə iştirak edir. Onların arasında indiki və sabiq dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, məşhur siyasətçilər, politoloqlar və ekspertlər, dini liderlər və biznesmenlər var. Əsas mövzulardan biri - terrorizm təhlükəsi və ona qarşı mübarizə məsələsidir".

Materialda qeyd edilir ki, Alyansın Bakı Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması fonunda keçirilir. Dünyanın 140-dan çox ölkəsinin nümayəndələri dünyanın bu mürəkkəb problemlərinin həllinə dair vahid fikrə gəlmək üçün Bakıda toplaşıblar.

Azərbaycanda 2016-cı il Multikulturalizm İli elan edilib. Rusiya telekanalının müxbiri xatırladır ki, Prezident İlham Əliyev öz təbrik nitqində Azərbaycanın tarixi missiyasını vurğulayıb. Reportajda Prezident İlham Əliyevin çıxışından aşağıdakı sözlər sitat gətirilir: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik".

Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Azərbaycan müasir dünyəvi cəmiyyətdə xristianların və müsəlmanların qarşılıqlı fəaliyyətinin gözəl nümunəsidir. Buna görə də təsadüfi deyil ki, Alyansın Forumu Azərbaycan paytaxtında keçirilir. Bakı çoxmədəniyyətli cəmiyyət yaradılması sahəsində öz təcrübəsini bütün dünyaya göstərmək istəyir.

"Vesti" müxbirinin fikrincə, Sivilizasiyalar Alyansı 10 ildən çoxdur ki, mövcuddur, lakin indi o, həmişəkindən daha aktualdır.



5527 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930