Mobil versiya
Fuad Bilesuvarlidan gözəl bir ser
Tarix: 27-04-2016 | Saat: 13:32
Bölmə:Seçilənlər-6 | çapa göndər




Bu gün Aia.az saytının qonağı Azərbaycanın tanınmış və sevilən şairi Fuad Biləsuvarlı bizlə yep yeni bir şerini və arzularını paylaşdı.
Şair bizə bu işdə uğurlar və xalqa göstərdiyimiz xidmətə görə təşəkkürlüyünü bildirdi


"Gəlməsin"

Allahdan bəxtimə sınaqdı sınaq,
Gərək ki, çəkəm mən inaddı inad.
Bu həsrət könlümə qonaqdı qonaq,
Getsin, bu acılar bir də gəlməsin.

Nə acı yaşadım qalsın dünəndə,
Qoy məni xoşbəxtlik bulsun bu gündən.
Yox olub məhv olsun həsrət içimdən,
İtsin, bu ağrılar bir də gəlməsin.

Həyatda belə hiss bilinməz olsun,
İtsin ilim - ilim görünməz olsun.
Bir də taleyimə o gəlməz olsun,
Ötsün, bu təlaşlar bir də gəlməsin.

Heç ayaq açaraq yeriməsin o,
Ömrümü kədərə bürüməsin o.
Fuadı cavankən öldürməsin o,
Bitsin, belə ahlar bir də gəlməsin...


Fuad Bilesuvarli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024