Mobil versiya
Ermənilər Tərtərdə 5 evi tamamilə dağıtdılar
Tarix: 27-04-2016 | Saat: 10:21
Bölmə:Karusel | çapa göndər

Ermənilər Tərtərdə 5 evi tamamilə dağıtdılar





"Erməni silahlı birləşmələrinin ötən gecə Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib".

AIA.az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: "Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq".

Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: "Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seydimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024