Mobil versiya
Ermənistanın Müdafiə Nazirliyi yenə “təmizlənəcək“
Tarix: 26-04-2016 | Saat: 23:49
Bölmə:Gündəm | çapa göndər

Ermənistanın Müdafiə Nazirliyi yenə “təmizlənəcək“





Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini istisna etməyib

AIA.az APA-ya istinadən xəbər verir ki, Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlı olub. "İstefalar davam etdirilə bilər", - deyə o əlavə edib.

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən yeni problemlərin olduğunu aşkara çıxarıb: "Aşkara çıxarılan problemlərin yeni həlli gərəkdir".

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024