Mobil versiya
Android-də yeni virus yayılır
Tarix: 26-04-2016 | Saat: 21:18
Bölmə:Media | çapa göndər

Android-də yeni virus yayılır






"Android" mobil əməliyyat sisteminin köhnə versiyalarından (4.0.3-dən 4.4.4-dək) istifadə edən smartfon istifadəçiləri qurğunun ekranını blok edən və blokdan çıxarma üçün cihaz sahibindən pul tələb edən virus təhlükəsi ilə üzləşiblər. Bu haqda ABŞ-ın "The Blue Coat Labs" şirkətinin rəsmi bloqunda yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin əməkdaşı Endrü Brandt bu təhlükəni aşkar edib. Onun sözlərinə görə, virusa yoluxmuş cihaza qurulmuş "Cyber.Police" troyanı özündə saxlayan zərərli proqram qurğunun ekranını bloklayır.

"Cyber.Police" troyanı smartfona qurulduqdan sonra cihaz sahibindən hər birinin dəyəri 100 dollar olan 2 ədəd "Apple iTunes" hədiyyə kartı satın almağı tələb edir. Belə ödəniş üsulu seçmiş haker öz bank hesabının rekvizitlərini gizli saxlamış olur.

Brandt əlavə edib ki, zərərli mobil proqram istifadəçidən xəbərsiz şəkildə özü müstəqil sistemə qurulur. Bu virusdan xilas olmaq üçün smartfonda standart sazlama funksiyasını işə salmaq lazımdır. Bu halda virusa yoluxmuş cihazdakı məlumatları kompüterə təhlükəsiz şəkildə köçürmək olar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə