Mobil versiya
Leyla və Arif Yunusun məhkəməsi oldu
Tarix: 15-07-2015, 15:25 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Leyla və Arif Yunusun məhkəməsi oldu

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəməsinin hazırlıq iclası başlanıb

Aia.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, hakimin suallarına Leyla Yunusun əl hərəkətləriylə cavab verməsi, bütövlükdə taqətsiz təsiri bağışlaması diqqət çəkib.

Müdafiə tərəfi onun qəfəsdən çıxarılaraq vəkillərin yanında oturması və cinayət işinə xitam verilməsi barədə ayrı-ayrılıqda 2 vəsatət qaldırıb.

Hakimlər müşavirə otağına çəkiləndən sonra Leyla Yunus jurnalistlərə özünün və həyat yoldaşı Arif Yunusun səhhətindəki problemlərdən danışıb. Arif Yunusun başındakı şişin xərçəng şişi olması ehtimalından təlaşını dilə gətirən Leyla Yunus əri qapalı şəraitdə saxlandığından onun yanına həkimlərin buraxılmadığından da gileylənib.

Leyla Yunus öz səhhətindən söz açaraq, baş və böyrək ağrılarının ara vermədiyini deyib. O, həkimlərin təyin etdiyi bahalı bir dərmanın qəbulundan bəri özünü pis hiss etdiyini vurğulayıb.

Leyla Yunusun jurnalistlərə açıqlama verdiyini görən nəzarətçilər məhkəməyə gələnləri zaldan çıxarmaq istəsələr də, onlar bundan boyun qaçırıblar. Nəticədə, Leyla və Arif Yunuslarhakimlər gələnədək məhkəmə zalından çıxarılıblar.

Daha sonra Leyla Yunus müşavirədən dönən hakimlərin vəsatətlərlə bağlı qərarına etirazını bildirib. O, söz demək hüququnun pozulduğunu,hakimlərin göstəriş əsasında hökm çıxardığını və sifarişlə işlədiyini söyləyib. Leyla Yunus danışarkən, hakim də, eyni zamanda qərarı açıqlamağa davam edib və Leyla Yunusu məhkəməyə sayğı göstərməyə çağırıb.

Növbəti proses iyulun 27-də olacaq.

Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur.

Onun həyat yoldaşı Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir.

Bir müddət əvvəl dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.




5872 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031