Mobil versiya
KASIBLAR ÜÇÜN MORQA ÇEVRİLƏN XƏSTƏXANA
Tarix: 26-04-2016 | Saat: 13:53
Bölmə:Aia TV | çapa göndər



Vaxt olub ki bu tibb müəssisəsində boks üzrə Azərbaycan və Avropa çempionu olan, sonradan bəxtsizlikdən bomj həyatı yaşayan Rövşən Kazımov dünyasını dəyişib. Heç nə! - yiyəsiz idi, pulu yox idi deyə. Olub ki, bu səhiyyə obyektində anadan olan kasıb ailənin uşağı kritik vəziyyətə çatdırılaraq Respublika Perinatal Mərkəzinə göndərilib, orada isə dünyasını dəyişib. Birinci müəssisə məsuliyyəti üzərinə götürməyib, bildirib ki, körpənin vəziyyəti stabil imiş. Yenə də heç nə - valideynlərinin pulu olmayıb deyə!

Pulsuzlar üçün morqa çevrilən bu haqqında söz açdığımız müəssisə Bakının Sabunçu rayonundakı 7 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır. Səhiyyəmizdə baş verən müsbət dəyişikliklər, tərəqqiyönlü islahatlar sanki bu müəssisədən yan keçib. Səhiyyə naziri Oqtay Şirəliyevin dövlət tibb müəssisələrində müalicənin, dərman təminatının pulsuz olmasına dair bəyanatları burada qulaqardına vurulur. Baş həkim Səriyyə Səfərova üçün içdiyi Hippokrat andı deyil, rüşvət əsas meyardır. Bildirilir ki, baş həkim xəstəxanada hər sıravi həkimdən 10-20 manat, hər tibb bacısından isə 5-10 manat aylıq yığılır. Rəhbərlik etdiyi müəssisədə rəvac verdiyi korrupsiyadan doyub-dolanmayan S. Səfərova rayon miqyaslı tədbirlərdə də ictimai fəallıq göstərərək, bir çox təşkilati işləri öz üzərinə götürür və bu müstəvidə RİH başçısı Adil Vəliyevin adı ilə manipulyasiyalar edərək pul çıxarmağı bacarır.

Bu qeyd etdiklərimiz və sadalamadığımız başqa məsələlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə, baş həkim özündən çıxdı. Sözündən belə çıxdı ki, nazir yetərincə qayğı göstərsə, həkimlər xəstələrin puluna möhtac qalmazlar.

Məsələyə Səhiuyyə Nazirliyinin də münasibətini öyrənməyə çalışacağıq.

Elnarə Feyruzqızı

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024