Mobil versiya
Kürdəmir Sosial Müdafiə Mərkəzində nə baş verir?
Tarix: 26-04-2016 | Saat: 11:09
Bölmə:Karusel | çapa göndər

Kürdəmir Sosial Müdafiə Mərkəzində nə baş verir?




Camaat təhqir olunmaqdan bezdiklərini deyir, nazir susur, icra başçısı isə "nələrinsə qarşılığında" baş verənlərə göz yumur

Kürdəmir Sosial Müdafiə Mərkəzindən edilən şikayətlərin ardı-arası kəsilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən şikayətlərə isə baxan yoxdur.
Qeyd edək ki, ötən günlərdə bir qrup Kürdəmir sakini nazir Səlim Müslümova müraciət edərək, rayon SMM-in direktoru Asif Abdullayevin əməlləri barədə məlumat vermişdilər. Hətta bildirmişdilər ki, o və daha bir neçə inspektoru insanların canının boğaza yığıb, vətəndaşlara qarşı nalayiq hərəkətləriylə ad çıxarıblar. Həmin şikayətçilərdən biri isə birmənalı olaraq bildirmişdi ki, bu işlərin baiskarı və günahkarı elə nazirin özüdür. Çünki zamanında tədbir görmədiyindən Asif Abdullayev istədiyini kimi davranıb, insanlardan pul almaq yoluyla onlara xidmət göstərir.
Kürdəmirdən daha bir şikayət məktubu redaksiyanın elektron ünvanına daxil olub. Bu dəfə də Sosial Müdafiə Mərkəzinin fəaliyyətindən şikayət olunur. Həmin məktubda vurğulanır ki, Kürdəmir SMM-in direktoru Asif Abdullayev vətəndaşlara qeyri-etik davranışlarından qalmır. Onlar qeyd edirlər ki, bütün bunlarla bağlı etdikləri şikayətlərdən sonra durum daha da pisləşir və mərkəz direktoru onlara qarşı kobud davranmağın tonunu artırır.
Şikayətçilər vurğulayırlar ki, direktoru Asif Abdullayev başda olmaqla, həmin mərkəzin işçiləri Hamil Hidayətov, Nemət İsmayılov, Ramin Mürsəlov və daha bir neçə inspektoru rayon camaatının canını boğaza yığıblar. «Adı çəkilən şəxslər barəsində təkcə nazirə deyil, həmçinin Kürdəmirin icra başçısı Ceyhun Cəfərova da məlumat verilib. Lakin o da həmin özbaşınalığa göz yumur. Təbii ki, hansısa maddi maraq qarşılığında. Bütün bunlar onu düşünməyə vadar edir ki, Asif Abdullayev və işçilərinin bunca həəkətlərinə rəğmən, ona kimsə bir şey etmirsə və ya barəsində tədbir görmürsə, deməli, onun arxasında elə Səlim Müslümov və nazirliyin digər yüksək çinli məmurları dayanırlar. Bunu Asif Abdullayevin yanına gələn vətəndaşlara dediyi «mənə heç kim heç nə edə bilməz» sözlərdən də məlum olur. Aydın olur ki, bu şəxs kifayət qədər arxayındır və bilir ki, etdiyi qanunsuzluqlara rəğmən, işdən çıxarılmayacaq».
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024