Mobil versiya
Həbsxanada məhkuma gətirilən kartofun içindən mobil telefon çıxdı
Tarix: 25-04-2016 | Saat: 20:28
Bölmə:Aia TV | çapa göndər

Həbsxanada məhkuma gətirilən kartofun içindən mobil telefon çıxdı




Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən aia.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2:29, 120.2.7-ci maddələrinə əsasən 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami Paşa oğlu Xəlilovun yanına qısamüddətli görüşə gələn xalası oğlu, Bakı şəhər sakini Fərid Məhiyəddin oğlu Tahirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı F.Tahirovun əynindəki pencəyin cibindən 1 ədəd yaddaş kartı, sovqatda olan kartofun içərisində xüsusi üsulla gizlətdilmiş 1 ədəd "M5" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" və 1 ədəd "Bakcell" danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024