Mobil versiya
Krımı işğal edən Rusiya generalları Qarabağda - Müharibə başlayır?
Tarix: 25-04-2016 | Saat: 18:14
Bölmə:Gündəm | çapa göndər




"Ermənistan tərəfi Rusiyadan konkret tapşırıq və göstəriş alıb ki, yaxın günlərdə cəbhədə vəziyyəti daha da gərginləşdirsin və ləkələnmiş işğalçı-havadar imiclərini xilas etmək üçün Silahlı Qüvvələrimizə qarşı əməliyyatlar həyata keçirsinlər”.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə artıq Rusiya Federasiyasının vətəndaşları olan və milliyətcə erməni olan xeyli sayda separatçı qüvvələri təlimatlandıraraq Ermənistana göndəriblər. Həmin qüvvələr də artıq lazımı şəkildə təlimat aldıqdan sonra Azərbaycanın işğal altında olan torpaqlarına paylanılıblar.

Üzeyir Cəfərov deyib ki, Rusiya vətəndaşları təkcə beynəlxalq hüquq və normalara deyil, eyni zamanda öz ölkələrinin müvafiq qurumlarına da açıq şəkildə meydan oxumağa başlayıblar. Ekspert hessab edir ki, Putinin qeyri-rəsmi razılığı və ya icazəsi olmasaydı, çiyinlərinə Rusiya Silahlı Qüvvələrinin general-mayor, polkovnik və podpolkovnik paqonlarını taxan cinayətkar ermənilər asanlıqla dövlət sərhədlərini keçib Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinə gələ bilməzdilər. Deməli, Rusiya Ermənistana təkcə mənəvi deyil, artıq maddi dəstək də göstərməyə başlayıb.

"Azərbaycan Silahlı Qüvvələri artıq 90-cı illərdəki ordu deyil. Həm müasir silahı ilə, həm də əzmkar qəhrəman əsgər və zabitləri ilə bərabər hər bir düşmənə layiqli cavab verə bilər. Biz heç nədən və heç kimdən nə çəkinmirik, nə də qorxmuruq. Bu dəfə baş verəcək faciəli hadisələrdə həyatını itirən təkcə Ermənistan deyil, Rusiya vətəndaşları olan hərbçilər da olacaqlar".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024