Mobil versiya
“Lələ Təpə”dən son görüntülər - Foto
Tarix: 25-04-2016 | Saat: 17:47
Bölmə:Seçilənlər-5 | çapa göndər



Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub.

Aia.azın ans press-ə istinadən məlumatına görə, Doğan xəbər agentliyinin müxbiri 24 il sonra azad edilən "Lələ Təpə" yüksəkliyinə gedib.

Agentliyin əməkdaşı Ali Kan Azərbaycan bayrağı sancılan torpaqlarda vətənin keşiyini çəkən əsgərlərlə görüşüb, aprelin əvəllərində baş verən dörd günlük müharibə barədə danışıb.

O, ən şiddətli döyüşlərin məhz bu ərazidə getdiyini, hazırda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin istehkam möhkəmləndirmə işləri icra etdiyini deyib.

Xatırladaq ki, bir necə gün öncə Türkiyənin NTV kanalı Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklərdə olub.

“Lələ Təpə”dən son görüntülər - Foto
Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024