Mobil versiya
Lerikdə vətəndaşın 45 sot torpağını əlindən alıblar
Tarix: 25-04-2016 | Saat: 17:02
Bölmə:Manşet | çapa göndər



Lerikdə vətəndaşın 45 sot torpağını əlindən alıblarMiriş Şahıyev: «Lerik İcra Hakimiyyəti stansiya tikintisinə ayrılmış pulları mənimsədiyindən, kompensasiyalarımızı vermir»

Lerik sakini Miriş Şahıyev Prezident İlham Əliyevə müraciət edərək, üzləşdiyi problemlərdən dolayı şikayət ediöb. Şikayətçi vurğulayıb ki, dövlət başçısının indiyə qədər etdiyi çıxışlar, xəbərdarlıqların Lerikin icra başçısına, «Azenko» ASC-yə, Ədliyyə nazirinə və Lerik Məhkəməsinə qətiyyən aidiyyatı yoxdur.

Onun sözlərinə görə, iki ildir aidiyyatı qurumlara 100-dən artıq müraciət ünvanlayıb. O qeyd edib ki, şikayət ərizələrini hər dəfə kimdən şikayət edibsə, həmin məmurların üzərinə göndərirlər. «Ədliyyə naziri bu ilin martında Neftçala rayonunda vətəndaşları qəbul edəcəkdi. Dəfələrlə ona müraciət edərək, məni qəbul etməsini istədim. Amma cavab belə verilmədi. Buna baxmayıb, Neftçalaya getdim. Lakin mənə bildirdilər ki, nazir 3 rayonun sakinlərini qəbul edəcək və Lerikdən gəldiyim üçün adımı qəbula yaza bilməzlər. Cənab Prezident, Sizin qəbulunuz yoxdur, məmurlar isə özbaşınalıq edirlər».

Miriş Şahıyev bildirir ki, üzləşdiyi problem 2010-cu ilə təsadüf edir. O qeyd edir ki, həmin ilin martında onu Lerik İcra Hakimiyyətinə çağırıb deyiblər ki, Prezidentin tapşırığına əsasən rayonda elektrik stansiyası tikilməlidir. Bunun üçün nəzərdə tutulmuş 4 hektar ərazidə onlara da məxsus torpaq sahəsi var. «Mənə və ailə üzvlərimə məxsus əkinə yararlı 0,45 hektar ərazinin tikinti üçün nəzərdə tutulduğunu deyib, başqa yerdə torpaq sahəsi verəcəklərini bildirdilər və şifahi əqd bağladıq».

Bundan sonra stansiyanın tikintisinə başlanılıb. 17 ay sonra isə torpaqların sənədləşdirilməsi üçün vətəndaşları çağırıblar. Amma əksəriyyət buna etiraz edib. «4 şəxsin uşağına rayonda iş verməklə susdurdular. 2 nəfərin hər birinə 0,12 hektar, 1 nəfərə isə 0,04 hektar həyatyanı torpaq sahəsi verməklə məsələni yoluna qoydular. Növbə mənə çatanda bildirdilər ki, 0,45 hektar ərazinin verilməsi Lerik Bələdiyyəsinə həvalə olunub.Mən və 7 digər vətəndaş Lerik İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Araz Quliyevin tərtib etdiyi müqaviləyə əsasən ona verdik. 2 nəfər müqaviləyə imza atmaqdan imtina edib. Mənim müraciətlərimə isə baxan yoxdur».

Miriş Şahıyev verdiyi açıqlamasında qeyd edir ki, 2014-cü ildə Lerik Məhkəməsinə müraciət edib. 3 ay ərzində 5 məhkəmə prosesi keçirilib. Məhkəmə isə yekunda qərar verib ki, iş icraçıları və sifarişçiləri olanan «Azenko» və «Azərenerji»nin nümayəndələri prosesə qatılmadıqlarından məhkəmə dayandırılmalıdır. «Əslində, iddiaçı olaraq mən prosesdə iştirak etmişəm. Bu açıq saxtakarlıqdır. Axırınca məhkəmə prosesində isə Astara Elektrik Stansiyasının müdiri «Azərenerji»nin nümayəndəsi kimi iştirak etdi və arayış təqdim etdi. Həmin arayışda yazılırdı ki, stansiya Lerik İcra Hakimiyyətinin sərəncamına əsaən inşa edilir. Halbuki İcra Hakimiyyətinin belə bir sərəncamı olmayıb».
Lerikdə vətəndaşın 45 sot torpağını əlindən alıblar
Lerik sakini 2015-ci ilin noyabrında növbəti dəfə məhkəməyə müraciət edib. Bu ilin fevralında proses keçirilib. Amma yenə də onun vəsatətləri təmin olunmayıb və şikayəti təmin olunmayıb. «Hal hazırda stansiya tikilib, başa çatmaqdadır. Mənə məxsus torpaq Araz Quliyevin hesabındadır. Əkinə yararlı olduğu üçün Nazirlər Kabinet idə buna icazə verməyib. Üstəlik, «Azenko», «Azərenerji» və Lerik İcra Hakimiyyəti torpaqlarımızı hansısa firmanın adına satın alarkən vətəndaşlara çatası pulları mənimsəyib. İcra Hakimiyyəti işi ört-basdır etmək üçün Lerik Məhkəməsini də satın alıb».
Lerikdə vətəndaşın 45 sot torpağını əlindən alıblar
Miriş Şahıyev Politika.Az-a bildirib ki, stansiyanın tikintisinə 32 milyon manat vəsait ayrılıb. «7 ildir tikinti gedir. Amma hələ də ora qaz xətti çəkilməyib. Çünki xətt vətəndaşların həyətlərindən keçi rvə onlar da buna imkan vermirlər. Ona görə ki, kompensasiya tələb edirlər. Görünür, bu məqsədlər üçün ayrılmış pullar yeyilib. Mənim istəyim odur ki, əlimdən alınmış torpaq üçün ödəniləcək pul Prezidentin 987 saylı sərəncamına əsasən hesablanıb, verilsin».

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024