Mobil versiya
Bakıda baş verən güclü partlayışda 3 nəfər xəsarət alıb
Tarix: 25-04-2016 | Saat: 11:42
Bölmə:Cəmiyyət | çapa göndər




Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində güclü partlayış olub. Əşya anbarında baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış güclü olduğundan yaxınlıqda olan avtomobillərə və evlərə də ciddi ziyan dəyib.

Səhər saat 9 radələrində Bakıda güclü partlayış baş verib. Hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən əşya anbarında olub. Partlayış güclü olduğundan anbar tamamilə dağılıb. Hadisə zamanı 3 nəfər xəsarət alıb.

Partlayış anbarda olub və olduqca böyük bir ərazini əhatə edir. Ərazi Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları tərəfindən tam olaraq mühasirəyə alınıb və ilkin araşdırma aparılıb.

Həmçinin, hadisə anında yaxınlıqda olan obyektlərə, yaşayış binasının bir neçə mənzilinə və həyətdə olan avtomobillərə də ziyan dəyib. Partlayış o qədər güclü olub ki, hadisə anında anbardan çıxan daş parçaları ətrafa səpələnib. Təxminən 12-ə yaxın avtomobil ziyan dəyib.

Əraziyə dərhal Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan biri xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa anbarda yaranan qaz sızması səbəb olub. Ancaq hadisənin dəqiq hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bilinəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə