Mobil versiya
Su qıtlığı sakinləri evlərini tərk etməyə məcbur edib
Tarix: 24-04-2016 | Saat: 20:27
Bölmə:Aia TV | çapa göndər

Su qıtlığı sakinləri evlərini tərk etməyə məcbur edib




Şəkinin bəzi kəndlərində həm suvarma, həm də içməli su ilə bağlı problem yaşanır. Baxmayaraq ki, havalar hələ təzə-təzə isinməyə başlayır, elə bu bəs edib ki, sakinlər əl-ayağa düşsün. Su qıtlığı, əkin-biçinlə məşğul olmaq istəyən kənd sakinlərinin həvəsini ürəyində qoyub.

Şəkinin Qoxmuq kəndində sakinlər su sarıdan korluq çəkir. Əkin sahələrini suvarmaq müşkül məsələyə çevrildiyi üçün təsərrüfatçılar yararlı torpaqlarından vaz keçmək məcburiyyətində qalıblar. Vaxtilə bu ərazilər kənd sakinlərinin əkinçiliklə məşğul olduğu əsas yararlı torpaq sahələrindən olub. Qoxmuq kənd sakinləri burada müxtəlif tərəvəz bitkiləri əkməklə həm öz tələbatlarını ödəyiblər, həm də məhsullarının satışını həyata keçiriblər. Ancaq son vaxtlar artezian quyularının işləməməsi sahələrini kol-kos basması ilə nəticələnib.

Hazırda istifadəyə yararsız olan bu torpaqlarda sakinlər vaxtilə tütünçülüklə də məşğul olublar. Tütünçülüyün inkişafı istiqamətində atılan addımlar Qoxmuq kəndində də problemin həllini labüd edir. Çünki bəzi sakinlər əlacsızlıqdan ərazidə dəmyə taxıl əkini həyata keçirirlər.

4 artezian quyusu olmasına baxmayaraq, yalnız bir quyu fəaliyyət göstərir. Bu quyunun da, nasaz olması və tam gücü ilə işləməməsi suvarmaya olan tələbatı ödəyə bilmir.



Eyni vəziyyət Şəkinin Aşağı Küngüt kəndində də yaşanır. Burada isə sakinlər suvarma problemi ilə yanaşı, içməli su problemi ilə də üz-üzə qalıb. Hətta bəzi sakinlər heç bir təsərrüfat növü ilə məşğul olmadığından evlərini tərk etməyə məcbur olub.

Kənd ərazisində mövcud olan bəzi artezian quyularında su olmasına baxmayaraq, sakinlər bundan da yararlana bilmirlər. Çünki həmin quyular lazımi qurğularla təchiz edilməyib. Sakinlərin sözlərinə görə, hər hansı bir texnika quraşdırılarsa, quyudan istifadə etməyə imkan yaranar.

Subratezian Quyularının İstismarı İdarəsindən verilən məlumata əsasən, isə Aşağı Küngüt kəndindən 2014 və 2015-ci illərdə iki quyu qazılıb. Quyuların qazılmasında məqsəd kənddə əkinçilik sahələrində suvarmanı təmin etməkdir. Ancaq kənd sakinləri bu quyulardan həm də içməli su kimi istifadə etməyə başlayıb. Bununla belə quyulardan çıxan suyun az olması sakinlərin su təminatını tam ödəmir. Məsələ ilə bağlı Subartezian Quyularının İstismar İdarəsindən kənddə yaxın illərdə yeni bir quyunun qazılacağı bildirilib. Lakin yeni quyunun nə vaxt istismara veriləcəyi hələlik bilinmir. Həmçinin 2016-cı il üçün Aşağı Göynük, Baş Göynük, Orta Zəyzid, Baş Layısqı, Kosalı və şəhər ərazisində 125 kvartalda artezian quyularının qazılması nəzərdə tutulu

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024