Mobil versiya
Bakıda vətəndaşları aldadan vəzifəli şəxslər işdən qovuldu
Tarix: 23-04-2016 | Saat: 20:40
Bölmə:Gündəm | çapa göndər

Bakıda vətəndaşları aldadan vəzifəli şəxslər işdən qovuldu





Sabunçu Telefon Qovşağının Marketinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehti və Texniki şöbənin 9-cu dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilib.

aia.az Trend-ə istinadən verdiyi məlumata görə, onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub.

Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən aparılan araşdırma zamanı, məlumatın yalan olduğu üzə çıxıb və vətəndaşların müraciəti təmin olunub. Vətəndaşlara öz maraqları naminə saxta məlumat verənlər isə işdən azad olunubla

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024