Mobil versiya
Məleykə Abbaszadə: "Bəzi imtahanlar ödənişli olacaq"
Tarix: 23-04-2016 | Saat: 20:17
Bölmə:Karusel | çapa göndər

Məleykə Abbaszadə: "Bəzi imtahanlar ödənişli olacaq"





"Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşməsi vətəndaş cəmiyyətinin formalaşmasında böyük təsir göstərəcək. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində bir çox məsələlər əks olunub. Bundan sonra işlər Nizamnamə çərçivəsində həyata keçiriləcək".

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Günün nəbzi" proqramında deyib.

M.Abbaszadə bildirib ki, publik hüquqi şəxs kimi Dövlət İmtahan Mərkəzi bir neçə ildən sonra Azərbaycanın brendi kimi tanınacaq: "Bu vaxta qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi ilə əlaqədar olaraq BMT-nin müxtəlif layihələrində iştirak edib. Hətta bəzən Dövlət icra qurumu olduğumuza görə, müəyyən qrantları almağımıza hüquqi maneələr yaranırdı. Publik hüquqi şəxs kimi isə bu məsələdə qarşımızda həm də iqtisadi cəhətdən daha geniş imkanlar yaranır. Bu məsələlər bizim üçün beynəlxalq aləmdə tərəfdaşlar tapmaq, biliyin qiymətləndirilməsi ilə əlaqədar layihələrdə iştiraka hüquqi əsaslar verəcək. Bir neçə ilə publik hüquqi şəxs kimi beynəlxalq aləmdə öz yerimizi tutacağıq. Təbii ki, Azərbaycanda vətəndaşlara xidmət göstərəcəyik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanda olan şəffaflıq ənənələri davam etdiriləcək. Xidmətlərimiz daha keyfiyyətli olacaq. Bundan sonra fəaliyyət istiqamətləri iki istiqamətli olacaq. Həm ödənişli, həm də ödənişsiz olacaq. Orta məktəblərdə biliyin qiymətləndirilməsi üçün keçirilən attestasiya imtahanları dövlət tərəfindən sifariş edilir. Bu imtahanda iştirak edəcək şəxslərə göstərilən xidmətlər pulsuz olmalıdır. Pulsuz xidmət yoxdur, sadəcə sifarişçi dövlət olduğuna görə, ödəniş də dövlət tərəfindən olacaq. Lakin zəruri olmayan imtahanlar ödənişli əsaslarla həyata keçiriləcək. Bu vaxta qədər də bir çox özəl qurumlar korporativ imtahanlar sifariş edib. Əvvəllər bu imtahanlardan imtina edirdik. Bundan sonra bu cür sifarişləri qəbul edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə