Mobil versiya
Həyatın ilk beşiyini qoruyaq
Tarix: 22-04-2016 | Saat: 19:53
Bölmə:Aia TV | çapa göndər

Həyatın ilk beşiyini qoruyaq

Bu gün ümumdünya Yer Kürəsi günüdür.Yer kürəsi hamımızın evidir. Burada bütün insanların yaşamaq hüququ eynidir. Bu bütövlükdə belədir. Onu bölmək parçalamaq, süni sərhədlər yaratmaq, kimlərəsə xidmət edən bir ideyadır.

İlahi yeri yaradan da insan üçün onu təmin edən nemətləri verib. İnsan isə bu nemətlərdən Allahın buyurduğu kimi yox, özü istədiyi kimi istifadə edir. Yer kürəsi son 20 ildə tamamilə təhlikə qarşısında qalıb. Ekologiyanın çirklənməsi, ağacların, yaşıllıqların məhv olması, amansız müharibələr, insanları məhv etmək üçün yeni-yeni silahların ixtirası, heyvanların məhv edilməsi, yeraltı sərvətlərin istismar olunması, yer kürəsinin məhvini sürətləndirir. Buzlaqların əriməsi, daşqınların torpaqların su altında qalmasına səbəb olur. Alternativ enerji mənbələrinin meydana çıxması, təbii enerji mənbələrini əvəzləməsi, şirin su ehtiyatların azalması bəşəriyyəti məhvə aparır.

Dünya ağalığına görə bir sıra ölkələrin apardığı müharibələr təbiətin məhvini getdikcə sürətləndirir. Bütün dünya bar- bar bağırır: “dünyamızı qoruyaq”. Hamımızın evi sayılan dünyanı qorumaq evimizdən, qapımızın kandarından, pəncərəmizin açıldığı həyətdən başlayır.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024