Mobil versiya
Dünya ölkələrinin nazirləri Bakıya gəlirlər
Tarix: 22-04-2016, 19:24 | Saat: 15:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Dünya ölkələrinin nazirləri Bakıya gəlirlər





Nazirlər BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Aia.Az Trend-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakı şəhərində keçiriləcək 7-ci Qlobal Forumunda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin Dini Yardım və İslam Işləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassimi və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Gustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay iştirak edəcək.

Qeyd edək ki, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.



5733 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031