12 ofisiant qız restorandan qaçdı - FOTO
Tarix: 22-04-2016, 19:19 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

12 ofisiant qız restorandan qaçdı - FOTO







İnanın bizə ki, ölkədən qaçmaq istəməmişik. Bizi aldadıblar.



Şimali Koreyadan olan 12 ofisiant qız belə deyir.

Aia.Az AsiaOne-a istinadən bildirir ki, aprelin 7-də Çindəki Ninbo şəhərindəki "Rügen" restoranından 12 ofisiant qız və restoranın meneceri qaçmışdılar. Restoran Şimali Koreyaya məxsusdur. Onlar Çindən Cənubi Koreyaya keçiblər.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin yetkilisi Çjen Syun Sinin dediyinə görə, ofisinatlar və menecer Şimali Koreyada hökm sürən Kim Çen In diktaturasından qaçıblar.

Şimeli Koreya isə vətəndaşlarının Cənubi Koreya tərəfindən oğurlandığını bəyan edərək onların hamısının dərhal geri qaytarılmasını tələb edib.

Şimali Koreyanın dünyanın 12 ölkəsində 132 restoranı var. Həmin restoranların 90 faizi Çin ərazisindədir. Belə restoranlarda yalnız Şimali Koreya vətəndaşları çalışır, yeməklər də Şimali Koreyadan aparılan ərzaqlardan hazırlanır.

Çindəki restorandan qaçan ofisiantlarla menecerin təyyarə ilə Taylandın paytaxtı Banqkoka yollandıqları, oradan Laosun paytaxtı Vyentyana getdikləri, sonda da təyyarə ilə Cənubi Koreyanın paytaxtı Seula uçduqları deyilir.

Qaçışın Cənubi Koreya kəşfiyyatının əməkdaşları tərəfindən hazırlandığı da vurğulanır.

Şimali Koreyanın xaricdəki restoranlarında çalışanların hamısı Pxenyan rejiminin məmurları və hərbçilərinin övladlarıdır. Onların hamısı ali təhsillidir, bir neçə dil bilirlər.

İndisə 12 ofisiant qadın Seulda jurnalistlərə verdikləri açıqlamalarda aldandıqlarını deyirlər.

"Menecer bizə dedi ki, başqa restoranda işləməyə göndərilirik. Şimali Koreyadan qaçmaq niyyətimiz olmayıb", - ofisiant qızlar deyiblər.



5409 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
15-07-2016, 16:26 Gediş haqqı ucuzlaşdı



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}