Mobil versiya
ADA" Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilir - FOTO
Tarix: 22-04-2016, 13:01 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

ADA" Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilir - FOTO

Aprelin 22-də "ADA" Universitetində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Yer Kürəsi Gününə həsr olunan "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilir.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində Azərbaycandakı perspektivlərdən və həyata keçirilən layihələrin önəmindən danışıb. Bildirib ki, "ADA" Universitetində də bərpa olunan enerji mənbələri diqqətdə saxlanılır.

ABOEMDA-nın sədri Akim Bədəlov isə ABOEM sahəsində Azərbaycanda reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən və gələcək perspektivlərindən danışıb. Qeyd edib ki, ölkəmizdə ənənəvi enerji mənbələri ilə yanaşı sərfəli və ətraf mühitə minimum təsirli bərpa olunan enerji mənbələri də daim diqqətdə saxlanılır.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, dünyada enerjiyə tələbat günbəgün artır. Lakin bu gün tələb olunan və populyar enerji növü məhz alternativ və bərpa olunan enerjidir. Çünki bu enerji növü ilə ətraf mühitə minimum karbon tullantıları atılır. Hazırda dünyada 350 milyard dollar dəyərində ABOEM layihələri icra edilir.

Səfir bildirib ki, Azərbaycanda külək və günəş enerji mənbələrində istifadə üçün əlverişli imkanlar var.

Konfrans işini müxtəlif sessiyalarla davam etdirir.
ADA" Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilir - FOTO



5539 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30