Mobil versiya
Kəlbəcər məktəbinin dələduzluğuna göz yumulur
Tarix: 22-04-2016 | Saat: 11:22
Bölmə:Təhsil | çapa göndər



Kəlbəcər rayonu 113 saylı tam orta məktəbinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanmalıdır.
İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunmalıdır.

Xəbər verdiyimiz kimi Kəlbəcər rayon 113 saylı "tam orta məktəb"in direktoru Bəhmən Rəhimova qarşı heç bir tədbir görülməyib. Deyəsən görmək fikrində də deyirlər. Belə ki, ardıcıl olaraq bu "məktəb" barədə məlumat versək də aidiyyatı qurumlar yatıb və yaxud Rəhimovun maliyəsi hesabına dillənmirlər.

B.Rəhimov uzun illərdir ki, fermada məktəb açıb. Bizdə olan məlumata əsasən o digər rayonlardan uşaq toplayaraq "məktəb" düzəldib. Burada çalışan müəllimlərin bir çoxu məktəbə illərlə gəlməyib. Hələdə indidə məktəbə gəlməyən müəllimlər var. Rəhimovun son dövrlər işə götürdüyü müəllimlərin heç biri isə testdən keçməyib. Elə buna görədə o, saxta yollarla saxladığı məktəbi sağirdləri oxutmaqda deyil, ciblərini doldurmaq məqsədi ilə saxlayıb.

Ümid edirik ki, Kəlbəcər TŞ-nin müdiri E.Şükürova bu barədə tədbir görülməsinə tapşırıq verəcək.

Faktla bağlı Prokrorluğa məlumat vermişik



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024