Mobil versiya
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı hədəfdə
Tarix: 22-04-2016, 11:17 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı hədəfdə

Redaksiyamıza yeni daxil olan məlumatlarda Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) sədri Akif Məmmədovun da fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapır. İddialara görə, bu komitə sədri, ətrafında 70-dən çox təşkilatda 10 000 nəfər üzvü birləşdirən STİHİRK-nin vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi müxtəlif maxinasiyaların sayəsində hazırda kifayət qədər zəngin bir insana çevrilmişdir. Mənbələrin bizimdovr.az-a verdiyi məlumatlara görə, bu qurum hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. İttifaqın sədri Akif Məmmədovdan isə, müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri məbləğ yüz min manatdan artıq hesablanır. Bir il ərzində isə, bu vəsait bir milyon manatı keçir. Lakin bu gün yığılan bu böyük məbləğdə vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara sıravi işçilər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin, o cümlədən Akif Məmmədovun mənafeyinə xidmət edir.

Bu arada hələ bir müddət əvvəl ölkənin kütləvi informasiya vasitələrində dərc olunmuş və Akif Məmmədovun fəaliyyətinə dair ciddi ittihamları əks etdirən bəzi açıqlamaları xatırlamaq yerinə düşər. Bu kimi açıqlamalardan birində deyilir: “Bu gün “Azərsu” ASC-də yeyinti hallarının ən çox baş verdiyi qurumlardan birinin də Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin olduğu hər kəsə bəllidir. Komitənin sədri Akif Məmmədovun milyonlar yeməsi ilə yanaşı, idarəni “hərəmxana”ya çevirməsi heç kimə sirr deyil. Haqqındakı iddialarla bağlı bu şəxsin mövqeyini öyrənmək istədikdə, Akif Məmmədov bizə belə cavab verdi: “Nə ediriksə yaxşı edirik. Gedin nə istəyirsiniz yazın. Özümüz bilərik. İstədiyimizi etməkdə sərbəstik”. Etik olmadığı üçün bizimlə danışıqda səsləndirdiyi təhqirləri yazmağı doğru bilmirik...” Biz hələ ki, Akif Məmmədovla əlaqə yaratmamışıq və onun məsələyə öz münasibətini necə ifadə edəcəyini deyə bilmərik. Amma bizimdovr.az-a daxil olan məlumatlarda birmənalı olaraq vurğulanır ki, bu komitə sədri ittifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır. Bununla bağlı biz bir daha Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məqsəd və məramlarının açıqlandığı müddəalarda təqdim olunan bəzi əsas konsepsiyaları diqqət mərkəzinə çəkmək istəyirik: “Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Lakin bu gün bütün ölkədə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən hansısa bir hüququ müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq çox çətin məsələdir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.



5397 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930