Mobil versiya
Sumqayıtda Vətənpərvərlik ruhunda növbəti tədbir
Tarix: 21-04-2016 | Saat: 22:38
Bölmə:Gündəm | çapa göndər









Bu gün Sumqayıtın N.Nərimanov adına mədəniyyət mərkəzində son günlər cəbhədə vəziyyətin gərginləşməsi və əhalidə vətənpərvərlik ruhunun artırılması ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə şair Əşrəf Veysəlli çıxış edib. O xalqın mübarizə əzminə diqqət çəkərək bildirib ki, Azərbaycan oğulları cəbhədə fədakarkarlıqla döyüşdüyü kimi xalq da döyüşdə şəhid olan qəhrəmanlarını alqış sədaları altında dəfn edib. Belə birlik, belə mübarizə əzmi tarixdə tək-tək rast gəlinən hadisələrdəndir.
Şair daha sonra qeyd edib ki, verdiyimiz qurbanlar səbəbindən ruhdan düşməməli, hər birimiz intiqam ruhuna köklənməli, torpaqlarımızı geri almağa, şəhid olmağa hazır olmalıyıq. Azərbaycan Respublikasının prezidenti, ali baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, mübarizə əzmimizi itirməməliyik.
Tədbir millət vəkili Aqil Abbasın ssenarisi əsasında çəkilmiş “Dolu” filminin nümayişi ilə sona yetib. Tədbirdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, mədəniyyət işçiləri və şəhər fəalları iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024