Mobil versiya
Təhsil millətin gələcəyidir.
Tarix: 21-04-2016 | Saat: 14:05
Bölmə:Təhsil | çapa göndər


Gələcəyimiz isə şagirdlərimizin təhsilə yiyələnməsindədir. Məktəb təhsil ocağıdır. Bu ocağı qaynaqlandıran, şagirdləri gələcək həyata yönləndirən müəllimlərdir.

136 saylı orta məktəb 2015 – 2016 –cı tədris ilinə uğurla başlayıb. Məktəbin direktoru Yaqut Paşa qızı Məmmədova direktor təyin olunandan uğur bu məktəblə oldu. İnşa müsabiqəsində şagirdləri respublika turunun qalibi, idman yarışlarında, şer müsabiqələrində uğur – uğur dalınca məktəbə gəlirdi. Bu xanım tələbkarlığı, ciddiliyi ilə məktəbdə şəffaflıq yaradıb. Hər gün şagirdlərə vətənpərvərlik aşılayıb, himn oxudub, sinflərə yola salan direktorun zəhməti əvəzolunmazdır. Səhərdən axşama qədər məktəbdə olan direktor işdən yorulmur.

18 Aprel 2016 –cı il nümunəvi Mülki – Müdafiə günü: Bu gün növbəti bir tədbirə toplanan qəsəbə sakinləri şok yaşadılar. “Serena” çalınır, iki korpusda təhsil alan 1702 şagird və 106 müəllim 5 dəqiqə ərzində məktəbi boşaldırlar. Məktəb direktoru gələn qonaqlara təşəkkürünü bildirir. Mülki Müdafiə qərargahının leytinantı Ərəstun Mahmudov tədbirin sonunda şagird və müəllim kollektivinə təşəkkürünü bildirdi.

19.04.2006 –cı ildə R.M.Sadıqov adına 136 № -li tam orta məktəbdə IX sinif şagirdlərinin iştirakı ilə “Milli Qəhrəmanlarımızı tanıyaq” mövzusunda “Dəyirmi masa keçirildi. Tədbirin təşkilatçısı Rəhimova Kəmalə olmuşdur. Dövlət himnimizlə başlanan tədbirdə istiqlaliyyətimiz uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tarixdə bu gün qanları ilə Müstəqil Azərbaycanımızın şanlı tarixini yazan şəhidlərimiz IX sinif şagirdlərinin ifa etdikləri şeir, mahnı, səhnəciklərdə anıldı. T.Nəzrin Mübariz İbrahimovu, Ş.Quru T.Xəlilbəylinin, İ.Rəşad Çingiz Mustafayevin, İ.Aysel Salatın Əsgərovanın, H.Aytən M.Quliyevin, Ə.Səriyyə Alı Mustafayevin keçdiyi döyüş yolları haqqında məlumat verdilər.

Məktəbimizin 10 şəhid məzunu haqqında məlumatı şagirdlər xüsusi maraqla qarşıladılar. Tədbir zamanı “Millət marşı”, “ Ana, mən şəhid oldum” “ Ana vətən çağırır” mahnıları dinlənildi.

Tədbirin sonunda şagirdlər Milli Qəhrəmanlarımıza laiqli olacaqlarını qeyd etdilər. Vətən uğrunda şəhid olanları heç vaxt unutmayacaqlarına and içdilər.

20.04.2016 –cı il tarixində R.M.Sadıqov adına 136 № -li tam orta məktəbdə Tarix aylığına həsr olunmuş “Ulu və həmişəcavan vətənm” mövzusunda tədbir keçirildi. Tədbirin təşkilatçısı tarix müəllimi Eldarova Şəkər olmuşdur. Əsas amal qədim tariximizin şanlı keçmişini, bugününü və sabahını əbədiyyətini tərənnüm etmək idi. Tədbirin iştirakçıları “məğlubedilməzliklərinə” qürrələnib Azərbaycanı qan içində boğmaq üçün yurdumuza soxulmuş qan içən yağı düşmənlərin mənfur niyyətlərini, Qüdrətli məmləkətimizin – Azərbaycanımızın bölünməzliyi, neçə - neçə igid oğul və qızlarımızın cəsarətli addımları, sücayəti igidliyi haqqında şeirlər, nəğmələr, , oçerkler, xronikalar, səhnəciklər göstərdilər. Şagirdlər və müəllimlər vətənpərvərlik mövzusunda müxtəlif slatları seyr etdilər. Xalqımızın əzmini, döyünən üryini, düşünən beynini, şirin dilini, əyilməz ruhunu, şanlı keçmişini, azadlıq arzularını heç bir düşmən boğa bilməz.

Azərbaycanın Dövlət Müstəqilliyi əbədi sarsılmaz dönməz olacaqdır! Gənc nəsil Azərbaycanın bayrağını daha da yüksəklərə Qaldıracaqdır.

Təhsil millətin gələcəyidir.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə