Mobil versiya
Gəncədə ölü biznesi...
Tarix: 20-04-2016 | Saat: 14:38
Bölmə:Manşet | çapa göndər



Gəncədə “ölü” biznesi sırf bu qardaşların nəzarətindədir...

Əgər şəhərin ucqarlarında 1 sot torpaq 1.200-1.500 manata təklif edilirsə, qəbristanlıqlarda 2-3 kvadratmetr yer 400-1.500 manat arasında dəyişir.

Aia.az moderator.az-a istinadən xəbər verir.

Gəncədə əhalinin ən çox ölüsünü dəfn etdiyi yerlərdən biri də İmamzadə Dini Memarlıq Kompleksinin ərazisində yerləşən 3 nömrəli qəbristanlıqdır. Gəncədən əlavə bu qəbristanlığa Samux və Goranboy rayonunun yaxın kəndlərindən də dəfn üçün ölü gətirilir. Ancaq mövcud qiymətlər insanları qətiyyən razı salmır. Qəbristanlıqda da ən aşağı qiymət əhaliyə Vətəndaşlıq Xidməti qurumu tərəfindən müəyyən edilən qiymətlərdən təxminən 12-13 dəfəyə qədər yüksəkdir. Qəbrin yeri üçün 49 manat, qəbrin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə, materialların qiyməti istisna olmaqla, 65.40 qəpik müəyyən edilib.

Camaatın dediyinə görə, 3 nömrəli İmamzadə qəbristanlığında qiymət bundan bir neçə dəfə bahadır. Səbəbi isə bu qəbristanlığın müdiri Rəşid Abbasovun qardaşı, QMİ-nin Qərb bölgəsi üzrə səlahiyyətlisi, Gəncədə İmamzadə Dini Memarlıq Kompleksinin müdiri Hacı Tahir Abbasova arxalanması və heç kimlə hesablaşmamasıdır. Dini qurumlarda, hətta dövlət orqanlarında kifayət qədər oturuşmuş Tahir Abbasovla isə heç kim bacarmır. Əslində bu adamın qaranlıq əməllərində xəbərdar olsalar da hələ ki, gözün üstə qaşın var deyən yoxdur. İmamzadənin tikintisi ərəfisində baş verən maliyyə fırıldaqları haqqında da ölçü götürən olmadı. Dəhşətli hal bir də odur ki, Gəncədəki qəbristanlıqların tabe olduğu əhaliyə vətəndaşlıq xidməti qurumuna isə qardaşların yeznəsi Hacı Ələddin rəhbərlik edir. Bir sözlə Gəncədə “ölü” biznesi sırf bu qardaşların nəzarətindədir.

Demək olar ki, dövlət torpağı olan qəbristanlıqlarda möhtəkirlər tərəfindən böyük gəlirlər gətirən qeyri-rəsmi bir biznes qurulub. Hər il Gəncədə qeydiyyatda olan təxminən 9-10 min insan dünyasını dəyişir. Möhtəkirlərin hər qəbirdən əldə etdiyi qanunsuz gəlirin orta hesabla 400 manatı keçdiyi nəzərə alınarsa, bu qanunsuz günah dövriyyəsinin gəliri ildə ən azı 4-5 milyon manata bərabər olur. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran həmin kontingent həm də dini baxımdan böyük günah işlətmiş olur. Hər halda, onlar bu əməlləri ilə torpaqdan yaranmış bəndənin torpağa qayıtmasına şeytani maneçilik törədirlər.

Əhali arasında bir qorxu da ondan yaranıb ki, Hacı Tahir və Rəşid Abbasovların yaxın qohumu Dövlət Təhlükəsizlik Xidmətində çox yüksək vəzifə tutur. Təbii ki, bu şəxsin kimliyini şəhərdə aparılan sorğuların və şahidlərin təsdiqinin nəticəsi olaraq açıqlanacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024