Mobil versiya
Kürdəmir sakinindən nazirə sərt ittihamlar:
Tarix: 20-04-2016 | Saat: 14:24
Bölmə:Manşet | çapa göndər

Kürdəmir sakinindən nazirə sərt ittihamlar:

Zemfira Hacıyeva: «Sosial Müdafiə Mərkəzinin direktoru başda olmaqla, inspektorları rüşvət almaqla yanaşı, vətəndaşlarla qeyri-etik davranırlar»

Kürdəmir rayon sakini Zemfira Hacıyeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova açıq məktub yazıb. Aia.az xəbər verir ki, şikayətçi məktubunda naziri bir sıra məsələlərdə ağır ittiham edib.

O yazır ki, şikayətçi Kürdəmir Sosial Müdafiə Mərkəzi ilə bağlıdır. «Dövlət başçımız İlham Əliyevin sərəncamı ilə ünvanlı sosial yardım almaq üçün prosedurlar artıq elektronlaşdırılıb. Böyük əksəriyyətimiz o fikirdəydik ki, bu prosesdən sonra rüşvət alma məsələsi ortadan qalxacaq. Kürdəmir Sosial Müdafiə Mərkəzində isə tam tərsinə iş görürlər. Çünki burada rüşvət almaq artıq ənənəyə çevrilib. Amma yenilənmiş formada».

Zemfira Hacıyeva qeyd edir ki, mərkəzin inspektorları Nemət İsmayılov, Hamil Hidayətov, Ramin Mürsəlov, başda direktor Asif Abdullayev olmaqla, vətəndaşlara "işiniz keçəcəyi" təqdirdə, gətirib onlara «şirinlik» vermələrini tələb edirlər. «Görünür, həmin şəxslərin himayədarları siz özünüzsünüz. Əgər belə olmasaydı, həmin şəxslər barəsində çoxdan lazımi tədbirlər görərdiniz».

Kürdəmir sakini bildirir ki, direktor Asif Abdullayev, inspektorlar Nemət İsmayılov, Ramin Mürsəlov və idarənin sürücüsü kimi tanınan İmaməddin İbrahimov idarəyə müraciət edənlərə qarşı qeyri-etik hərəkətlərə yol verirlər. «Bunu sübut edəcək kifayət qədər faktlarımız var. Ümumiyyətlə, Kürdəmir Sosial Müdafiə Mərkəzi kənardan dövlət idarəsini xatırlatsa da, daxilində isə əsl bazar yaşanır».

Zemfira Hacıyeva müraciətinin sonunda vurğulayıb ki, yuxarıda adlarını sadaladığı şəxslərlə bağlı kifayət qədər fakta malikdir. «Lakin bu iyrəncliklərlə bağlı burada yazmaq istəmirəm. Ümid edirəm ki, siz də nazir olaraq durumla bağlı lazımi tədbirlər görəcəksiniz».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024