Mobil versiya
Cəlilabadda qadını döyüb pulunu almaq istədilər
Tarix: 20-04-2016 | Saat: 13:14
Bölmə:Cəmiyyət | çapa göndər


Polis əməliyyat keçirib.

Cəlilabad rayonunda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində qeydə alınıb.

Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.

Faktla bağlı araşdırma aparılır.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024