Mobil versiya
Eks-prezident: "İnqilab olacaq"
Tarix: 20-04-2016 | Saat: 11:31
Bölmə:Şou-biznes | çapa göndər

Eks-prezident: "İnqilab olacaq"




Moldovada avropayönlü hakim koalisiyanın yeddiillik hakimiyyəti ölkədə katastrofik situasiya yaradıb.

AİA.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın eks-prezidenti Vladimir Voronin söyləyib. Onun sözlərinə görə, Moldovada hər an inqilab ola bilər:

"Hazırda ölkədə yaranan katastrofik vəziyyətə ABŞ, Brüssel administrasiyası, AŞPA xeyir-dua verir. Moldovada hər keçən gün korrupsiya, mafiya güclənir. Bu hakimiyyətin zamanında ölkəni 20-40 yaş arasındakı insanların 60%-i tərk edib".

Qeyd edək ki, Voronin Moldova Kommunist Partiyasının rəhbəridir. O daha çox rusiyayönlü siyasəti ilə seçilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə