Mobil versiya
Deputatın oğlu ilə bağlı məhkəmədə qalmaqal
Tarix: 20-04-2016, 11:19 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Deputatın oğlu ilə bağlı məhkəmədə qalmaqal




Deputat Elmira Axundova və oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə çəkişməsi davam edir.

AİA.az azadliq.info-ya istinadən xəbər verir ki, deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını tələb edir.

Elmira Axundovaya qarşı iddianın səbəbi onun “Üç nöqtə” qəzetində dərc olunmun müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən Whatsapp mesajında Həbib Axundov onları təhqir edib. Iddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.

Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır. Aprelin 19-da keçirilən məhkəmə iclasında Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin Həbib Axundovun istifadəsində olduğunu sübut etməlidir.



İddiaçıların nümayəndəsi Tahir Əlirzayev həmin nömrənin Həbib Axundova məxsus olmadığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. Qeyd edib ki, Həbib Axundov iddiaçılarla dəfələrlə məhz həmin nömrə ilə əlaqə saxlayıb. Vəkil bu məsələnin “Azercell”lə dəqiqləşdirilməsinin vacib olduğunu deyib.

“Qanunda göstərilib ki, tərəflərin sorğularına cavab verilməsə, məhkəmə öz səlahiyyətlərindən istifadə edib, həqiqətin üzə çıxarılması üçün bu məsələdə onlara yardım etməlidir. Xahiş edirik, ya ”Azercell” üçüncü tərəf kimi prosesə cəlb olunsun, ya da şirkətə sorğu göndərilsin”, – deyə vəkil vəsatət qaldırıb.

Lakin hakim vəsatəti təmin etməyib. Bu qərar da qalmaqala səbəb olub. Iddiaçılar və nümayəndə məhkəmənin bu işə obyektiv və ədalətli yanaşmadığını vurğulayaraq, hakim Zəfər Quliyevə etiraz vermək qərarına gəlib. Tahir Əlirzayev etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 21-də davam edəcək.

Xatırladaq ki, bir qrup şəxs Həbib Axundov tərəfindən aldadıldıqlarını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis Idarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur Ibrahimova veriblər, onun da barəsində axtarış elan olunub.



5595 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930