Mobil versiya
Bakıda 16 mərtəbəli binada yanğın olub
Tarix: 20-04-2016 | Saat: 09:08
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda 16 mərtəbəli binada yanğın olub




Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
aia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun 7-ci mikrorayon, Fərman Məlikov küçəsində qeydə alınıb. Yanğın 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı mənzilin eyvanında başlayıb. Yanğın barədə FHN-nin Yanğından Mühafizə İdarəsinə məlumat verilib. Hadisə yerinə iki yanğınsöndürən cəlb edilib. Alovun qarşısı qısa zamanda alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla əlaqədar araşdırmalara başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024