Mobil versiya
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi korrupsiyaya qurşanıb - İTTİHAM VAR
Tarix: 19-04-2016, 20:37 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi korrupsiyaya qurşanıb - İTTİHAM VAR





Dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu müəssisələrdə mövcud olan qiymətlərdən danışmaqla biz təbii ki, məlumatsızlığımızı etiraf etmiş olmuruq. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunlardan bizim də xəbərimiz var. Amma bu yazılmış qanunlara görə belədir. Hər bir poliklinika və ya xəstəxananın isə bundan başqa özünün yazılmamış qanunları da mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Bu gün haqqında söhbət açmaq istədiyimiz Şəmkir Rayon Mərkəzi Xəstəxanası da istisna deyildir. Son vaxtlar bu tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da xəstəxananın baş həkimi Nurəddin Əhmədovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur.

Qeyd edək ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Təkcə ötən il rayonda 11 xəstəxana, 1 polikilinka, 32 həkim məntəqəsi və mərkəzi xəstəxananın bir neçə şöbəsi əsaslı təmir olunub. Bu il isə Dövlət proqramı çərçivəsində Kür qəsəbə xəstəxanası və 3 kəndin tibb məntəqəsi yenidən qurulub. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir. Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Şəmkirin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun fəaliyyəti ilə bağlayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır.

Qeyd olunur ki, son illər rayonda çox sayda insan böyrək çatışmamazlığından saxta yolla pensiyaya çıxarılıb, hansı ki, bu xəstəliyə mübtəla olan adamlar vaxtaşırı dializ olunmalıdırlar ki, sağ qalsınlar. Amma bu adla pensiyaya çıxarılan "xəstələrin” heç birinin buna ehtiyacı yoxdur, yəni sağlamdırlar. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Digər tərəfdən də mərkəzi xəstəxanada "ölü canlar” saxlanılır, yəni saxta "xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür.

Belə ki, bu "xəstəlik tarixləri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Lakin bu da var ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Bu isə vaxtaşırı baş həkim Nurəddin Əhmədovun müəyyən etdiyi fəaliyyət sxemlərində müəyyən uyğunsuzluqlara gətirib çıxarır. Belə ki, məhz mərkəzi xəstəxanada işləyən həkimlərin bəziləri dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına görə, bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Nəticədə isə sənədlərə görə kənd xəstəxanalarının bəzilərində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Şəmkir səhiyyəsində baş alıb gedən özbaşınalıqlar ayrı-ayrı həkimləri də fərdi qaydada qanun pozuntularına təhrik edir. Belə ki, bu gün rayonda əksər həkimlər xəstələri işlədikləri tibb müəssisəsində deyil, öz evlərində qəbul etməyə üstünlük verirlər.

Qeyd etmək lazımdır ki, Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov həm də olduqca aqressiv xarakterə malik olması ilə diqqəti cəlb edir. Məsələn, bu yaxınlarda Şəmkir rayon səhiyyəsində yaşanan problemlərə dair bəzi suallarla baş həkimə müraciət etmiş jurnalistlər bu aqressiyanı bilavasitə öz üzərilərində sınamalı olmuşlar. Görünür baş həkimin ona ünvanlanan suallara təhqir və yumruqlardan başqa bir cavabı yoxdur...



51 228 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30