Mobil versiya
Ana ilə oğulun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi
Tarix: 19-04-2016 | Saat: 12:29
Bölmə:Aia TV | çapa göndər

Ana ilə oğulun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirli bilinən Cəmşid Manafovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Cəmşid Manafov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, qəza ötən il avqust ayının 5-də Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Cəmşid Manafov idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Gülnarə Əliyeva hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü Cəmşid Manafov, G.Əliyevanın övladları – 1994-cü il təvəllüdlü Gülər Əliyeva və 1996-cı il təvəllüdlü Orxan Əliyev xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Orxan Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, qəzada ölənlər sürücü ilə yaxın qohum olublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024