Mobil versiya
Müdrik Ali Baş Komandan: İLHAM ƏLİYEV
Tarix: 19-04-2016 | Saat: 12:14
Bölmə:Manşet | çapa göndər

Müdrik Ali Baş Komandan: İLHAM ƏLİYEV




Ordumuzun zəfər qazanmasında dövlət başçımızın xüsusi rolunun olduğu inkar edilməzdir

Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi 4 günlük əməliyyatın səsi-sorağı hələ də gəlməkdədir. Düşmən qoşunlarının isterika içində olması, Azərbaycanın yeni və müasir silahları qarşısında aciz qalması etirafları da davam edir. Politika.Az xəbər verir ki, hazırkı məqamda üstünlük tərəfimizdədir və hər şey bundan sonra aparılacaq danışıqlardan asılı vəziyyətə düşüb.

Qeyd edək ki, faktiki dönəmdə xüsusi olaraq diqqəti çəkən bir neçə vacib məsələ var. Birincisi, odur ki, Azərbaycan Ordusu bir sıra üstünlüklər əldə etməklə, rəsmi Bakının əlini gücləndirib. Ermənistan indiyə qədər danışıqlar masası arxasından qaçmaqda olsa da, hazırda istəkli görünür. Düzdür, düşmən məkirlidir və hər an namərdlik etmək imkanı var. Söhbət ermənidən gedirsə, deməli, xəyanətdən də sığortalanmamaq reallıqdır.

Amma bu proseslər fonunda bir vacib amil daha var. O da baş verən proseslərin Prezident İlham Əliyevin ölkədə və beynəlxalq miqyasda reytinqinə necə təsir göstərdiyi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğuru, çox reallığı ortaya qoydu. Bunların içərisində xüsusi qeyd etmək istədiyimiz bir reallıq var. Bu da ondan ibarətdir ki, dördgünlük müharibə zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük qətiyyət, hərbçilərimiz qəhrəmanlıq, xalqımız isə mübarizlik, dəyanət və milli birliyini ortaya qoydu. Bu üç faktor bir neçə gün davam edən gərginliyin ortaya qoyduğu vacib gerçəklikdir.

Hər bir ordunun uğurunun kökündə dayanan bir çox səbəblər var. Bunların içərisində Ali Baş Komandanın qətiyyəti, cəsarəti mühüm əhəmiyyət kəsb edir. Bu qarşıdurma nəticəsində İlham Əliyevin Ali Baş Komandan kimi yüksək keyfiyyətləri aydın şəkildə özünü göstərdi. Bu, sadəcə olaraq, Onun Özünə xas olan şəxsi və mənəvi keyfiyyət deyil. Bu, eyni zamanda, Azərbaycan əsgərinə, Onun komandanlıq etdiyi ordunun bütün şəxsi heyətinə sirayət edən mənəvi keyfiyyətdir. Bu, onları daha da ruhlandırır, əzmkar edir, inamlı olmalarına və nəticə etibarilə qəhrəmanlıq nümunələri göstərmələrinə səbəb olur. Bu mənada İlham Əliyevin yüksək mənəvi keyfiyyətləri ordumuzun çox qısa bir zamanda göstərdiyi şücaətin çox vacib şərtlərindən biri kimi qeyd olunmalıdır.

Bu, eyni zamanda, Azərbaycan cəmiyyətinin həmrəyliyinin güclənməsinə, iqtidar-xalq birliyinin daha da möhkəmlənməsinə, ictimaiyyətin bütün təbəqələrinin, hər bir üzvünün ölkənin rəhbəri və Ali Baş Komandan ətrafında sıx birləşməsinə ciddi təkan verir. Məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, bu hadisələr prosesində Azərbaycanda milli birlik təntənəsi aydın şəkildə özünü göstərdi. Təbii ki, iqtidarla xalq arasında çox möhkəm birlik mövcuddur. Amma bu hadisələr dönəmində bu birlik daha qabarıq şəkildə, daha əzəmətlə özünü ifadə etmiş oldu.

Bildirək ki, bunun da çox vacib səbəblərindən biri Ali Baş Komandan kimi İlham Əliyevin xarizması, eyni zamanda, Azərbaycan əsgərinin qəhrəmanlığıdır. Azərbaycan Ordusunun qələbəsi həm Silahlı Qüvvələrimizin, həm əsgərimizin, həm də xalqımızın hörmətini dünyada əhəmiyyətli dərəcədə yüksəldib. Ola bilər, müəyyən çevrələrdə, xarici dairələrdə belə düşüncələr formalaşsın ki, əgər 25 il ərzində Azərbaycan öz torpaqlarını geriyə qaytarmayıbsa, artıq onun məsələdə istəyi də azalıb. Amma hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti çox qətiyyətlə həmin torpaqları geri qaytarmaq əzmindədir və bu yolda nə qədər şəhid lazım olsa belə, verə bilər. Ona görə son hadisələr Azərbaycanın həm başını uca etdi, həm də cəmiyyətimizin nüfuzunu yüksəltdi. Eyni zamanda, bu, cənab İlham Əliyevin Ali Baş Komandan və ölkənin rəhbəri kimi nüfuzunu və reytinqini əhəmiyyətli dərəcədə artırdı.

Bu zaman iki məqamı ayrıca qeyd edək. Bunun biri Prezident İlham Əliyevin Ali Baş Komandan kimi müdrikliyidir. Bu, ilk növbədə qeyd edilməli cəhətdir. Dünya birliyi bunun şahidi oldu. İkincisi isə Prezident İlham Əliyevin münaqişəni dinc yollarla, qan tökülmədən aradan qaldırmaq istəyinin kritik anlarda belə aydın şəkildə özünü göstərməsindən ibarət olan reallıqdır. Yəni İlham Əliyev yenə də qan tökülməməsi, Özünün ifadə etdiyi kimi, anaların göz yaşının axmaması naminə münaqişənin dinc yollarla aradan qaldırılmasının tərəfdarı olduğunu göstərdi. Bu iki keyfiyyət - bir yandan, sərkərdə və Ali Baş Komandan kimi müdrikliyi və qətiyyəti, ikinci bir tərəfdən, uzaqgörən dövlət rəhbəri kimi vətəndaşlarının təhlükəsizliyinin qayğısına qalması və bu mənada dinc yollarla münaqişənin həllinə üstünlük verməsi Prezident İlham Əliyevin nüfuzunu və hörmətini əhəmiyyətli dərəcədə yüksəltmiş oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024