Mobil versiya
Göyçayda xarabalıq: Burda insanmı yaşayar?..
Tarix: 19-04-2016 | Saat: 09:02
Bölmə:Manşet | çapa göndər

Göyçayda xarabalıq: Burda insanmı yaşayar?..





Göyçay rayonu S.Vurğun küçəsi bina 61 sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Biz 8 ailənin 38 nəfər üzvü cəmi 120 kv.m sahəsi olan evdə dəhşətli dərəcədə acınacaqlı şəraitdə, qəzalı vəziyyətdə yaşayırıq.Hər an evimiz başımıza uça bilər ki, buna görə qorxu içindəyik. Rayon rəhbərliyi bu barədə heç bir tədbir görmür. Yaşadığımız Göyçay şəhəri S.Vurğun küçəsi 61 nömrəli bina mənzil İstismar sahəsinə məxsusdur.

Burada olan 8 mənzilin cəmi 120 kv.m sahəsi var. 8 ailənin 38 üzvü var. Binada tualet yoxdur k, bu çox alçaldıcı bir haldır. Mənzillər tam yararsız uçuq-sökükdür. Mənzillərin tavanı uçub, binanın hasarı da uçmaq üzrədir. Azyaşlı uşaqların həyatından qorxuruq ki. başlarına daş kəsək düşə bilər".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Çox acınacaqlı və çıxılmaz bir vəziyyətdə yaşayırıq. Özümüzün də maddi imkanımızda yoxdur ki, təmir etdirək.Rayon İcra Hakimiyyətinin büşçısının qəbulunda dəfələrlə olsaqda heç bir tədbir görülməyib. Böyük ölçüdə köhnə model elektirik sayğacını gətirib düz uşaqların əli çatacaq yerdə binaya vuirublar ki, yağış suyundan xarab olduğu üçün bizə dəfələrlə qanunsuz cərimə tətbiq ediblər. Yenisi ilə əvəz edilməsi üçün bizdən 800 manat pul istəyirlər.

İcra başçısından bizə heç bir kömək olmayacaq deyə deputatımız Elman Nəsirova müraciət edib xahiş edirik millət vəkili kimi gəlin seçicilərinizin yaşayışına baxın. 38 nəfərlik 8 ailə yolunuzu gözləyir.Gəlin bir maraqlanın bizdə insanıq bizdə adam kimi yaşamaq istəyirik.Vallah burada heç mal-qoyunda saxlamazlar, amma biz yaşamağa məcbur olmuşuq.Bu dünyanın cəhənnəmini görmək istəyən Göyçay şəhəri S.Vurğun küçəsi 51 ünvana gəlib baxsın.Hörmətli Prezident, hörmətli Mehriban xanım Allah xatirinə bizə kömək edin.

1) Məmmədova Elmira Şirin qızı
2) Bəşirov Anar Allahverdi oğlu
3) Orucova Şölə Məhəmməd qızı
4) Məmmədova Şəhla Musa qızı
5) Səmədov Fərrux Sabir oğlu"

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024